Milli-tarixi yaddaş
üçün önəmli
"Açar"
Ədəbiyyat hər bir xalqın
mənəvi yaddaşı,
tarixi isə onun varlıq təməlidir. Tariximiz bizim dünənimiz, bu günümüz və sabahımızdır.
Tarixi yaddaş gələcək nəsillərə
ötürülən ən
qiymətli xəzinədir.
Bu mənada, hər bir yazıçının
qarşısında duran
ali vəzifə tarixi irsi ədəbi
əsərlərlə gələcəyə
miras qoymaqdır. Natəvan Dəmirçioğlunun
"Açar" romanı
da məhz bu mühüm missiyanı yerinə yetirir.
44 günlük Vətən
müharibəsində Azərbaycan
xalqı elə bir dastan yazdı ki, bu qələbə üzərindən neçə
əsrlər keçsə
də, xalqımızın
yaddaşında Zəfər
salnaməsi olaraq qalacaq. Bu tarixi yazıya köçürmək,
qələmə almaq
özü də şərəfli bir vəzifədir. Natəvan
xanımın "Açar"
romanı bu vəzifəni layiqincə
yerinə yetirərək,
Qarabağ müharibəsinin
reallıqlarını, şəhidlərimizin
qəhrəmanlığını və xalqımızın
sarsılmaz iradəsini
ədəbi faktlarla göz önünə gətirir.
Hacan Hacısoy: "Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan” - Müsahibə
Azərbaycanlı rejissorun
film layihəsi Linz Film Talant
Akademiyasına seçildi
1500 illik sancaqlar
müzakirəyə səbəb
oldu
Roman Qurani-Kərimin "Hədid" (Dəmir) surəsinin 2-ci ayəsi ilə başlayır:
"Göylərin və
yerin hökmranlığı
Onun əlindədir. O
həm dirildir, həm də öldürür. O, hər
şeyə qadirdir".
Dəmir surəsi - Dəmirçioğlu: bağlılığa
baxın... Bu ayənin
verilməsi daha çox, əsərin ideya-mənəvi çərçivəsini
müəyyən edir.
Müəllif burada açarı həm maddi, həm də mənəvi anlamda təqdim edir, bir tərəfdən
torpaqlarımızın açarı,
digər tərəfdən
isə vicdanın, haqqın, ədalətin açarı. Əsərin
birinci səhifəsində
Natəvan xanım bu sözləri yazıb. "Haqqın diktəsi... Haqqı dananların əli haqqa uzalı qalar. Haqqı unudanları haqq unudar..." Qurani-Kərimin
Bəqərə surəsinin
257-ci ayəsində yazılır:
"Allah (Ona) iman gətirənlərin
dostudur, onları zülmətdən çıxarıb
işığa tərəf
yönəldər". Bu bənzərlik,
bu haqqa və işığa tapınma istiqamətin eyniliyindəndir. Bunları
Natəvan xanım planlamır, fitri olaraq, fəhmə əsasən belə alınır. Müəllifin
yaradıcılığında təsadüfü heç
nə yoxdur, hər bir nüansın
ilahi qanunauyğunluq kəsb etdiyi reallıqdır. Qarabağ
probleminin ən ümidsiz illərində də Natəvan xanım gələcək
üçün açarı
axtarır və tapır: "Qarabağın
açarı... Qarabağ
özü açar olacaq Naxçıvana quru yolun açılmasına,
Zəngəzura, Göyçə
gölünə..." yazır.
Hələ "Açar"
romanından öncə
"Üç nöqtə",
"Səbət" və
"Yetim" povestləri
ilə Natəvan xanım güclü intuitiv fəhmə sahib olduğunu subut etmişdi.
20 noyabr 1991-ci il xalqımızın
tarixində "Qarakənd"
faciəsi günü,
20 noyabr 2020-ci il isə
xalqımızın tarixində
Ağdamın işğaldan
azad olunması günüdür. "Qara"
və "Ağ"
sözlərinin mistikası,
həmçinin zamana
diqqət yetirdiyimizdə,
tariximizin ən çətin dövrlərinin,
qara səhifənin, həm də işıqlı bir tarixin, Zəfər salnaməsinin yazıldığının
şahidi olduq.
5
N.Dəmirçioğlunun "Açar" romanı da özünün bədii dəyəri ilə seçilir. Əsərdə
obrazlar real həyat hadisələri fonunda canlandırılır, oxucunu
düşündürən suallara cavab verilir, vətənpərvərlik
duyğusu ülviyyətə
sədaqət, mənəviyyata
bağlılıq ruhunda
aşılanır.
Əsərin əsas
qəhrəmanlarından biri
olan Məhəmməd
obrazı yalnız sadə bir əsgərin
deyil, Vətən sevgisinin, vətəndaşlıq
məsuliyyətinin və
fədakarlığın canlı
nümunəsidir. Döyüşdə
əsl qəhrəman
kimi iştirak edən Məhəmməd,
canı bahasına torpaqlarımızın azadlığı
uğrunda mübarizə
aparır və şəhidlik zirvəsinə
ucalır. Onun şəhidliyi ilə birlikdə romanın emosional və mənəvi gücü daha da artır. Məhəmmədin obrazı
oxucuda həm qürur, həm də kədər doğurur - o, həm şəhid oğul, həm də tariximizin əbədi qəhrəmanıdır. Həmçinin
İmran obrazı. Onun
döyüş yolunu
və şəhadətə
qovuşma anını
müəllifin əsl
sənətkarlıqla verə
bilməsi, müharibə
səhnələrini real, canlı
təsvir edə bilməsi və tarixi yükü daşıya bilməsi önəmli ədəbi naliyyətdir: "Özü
öndə snayperin arxasına keçməli,
iki döyüşçü
sağ və sol cinahlardan onu qorumalı, dördüncü
hərbiçi mərkəzdən
hərəkətsiz irəliləməli,
müdaxilə etmədən,
ehtiyat qüvvə mövqeyində olmalı,
rabitə alınmazsa,
ya planlaşdırılmamış,
qeyri-adi situasiya olarsa, vəziyyəti xəbər vermək üçün geri qayıtmalı idi. Hər şey qaydasında gedirdi. Snayperin durduğu yeri təxmin etdiyi əraziyə çatmışdı, amma
niyə isə onun əlaməti görünmürdü. Birdən
snayper atəşinin
ani qığılcımını gördü və həmin istiqamətə atıldı. Cəld sol qolunu arxadan fırlayıb, snayperin çənəsinin altından
boğazına doladı.
Başını arxaya
qanırdı, sağ
əlindəki səs
boğucu keçirilmiş
silahla boynunun damarına sıxdı. Düşmən atıcının
başı həmin anda çiyninə düşdü. Sağ və sol cinahdan gələn döyüşçülər
də artıq çatmışdı və
o, snayperin taqətdən
düşmüş bədənini
tappıltı salmasın
deyə, yavaşca yerə qoydu. İşarə ilə əsgərlərə bildirdi
ki, onun silahını
bir yerdə gizlədib, davam etsinlər, düşmənin
arxasında mövqe tutub gözləsinlər.
Özü aşağı
enib, mərkəz döyüşçünü götürüb, mövqeyə
qayıtmalı və
hücum əmri verərək tapşırığı
sonadək yerinə yetirməli idi. Ürəyinə dammışdı
ki, dördüncü döyüşçünün
- İmranın vəziyyəti
yaxşı deyil, çünki snayper gülləsinin ətə
dəydiyini yəqin etmişdi".
Əsəri nəfəs
çəkmədən oxuyursan.
Hadisələr o qədər
dinamik, canlı, gərgin davam edir ki... Növbəti səhnədə nələr
olacağını bilmədən
sakitləşə bilmirsən.
Daha bir ədəbi sürpriz oxucunu gözləyir:
"Düşündüyü kimi idi. İmran torpağın üstündə,
budaqların arasında
çırpınırdı. Qan aparırdı onu. İmran çabaladıqca
yerdə qan torpağa qarışırdı.
Tez döyüş çantasından
ilk tibbi yardım qutusunu açdı, qankəsici dərman verdi ona.
- Su ver, komandir, su, - dedi İmran.
- Susuz ud, uda bilməsən çeynə, - dedi, - su olmaz hələ.
Tampon çıxarıb yarasına tıxadı.
Yara qurşaqdan yuxarı,
sağ tərəfində
idi. "Snayper burasından necə vurub" deyə ani düşündü, heç
nə demədi amma. Onu qucağına
götürüb var gücü
ilə geri, mövqeyə tərəf
qaçdı".
Hadisə və
onun təsviri bununla bitmir. Daha doğrusu, təsvir yox, iştirakçısına çevrildiyimiz
müharibə olayları.
Orada çox hadisələr olur. Yalnız romanı oxuyaraq o həyacanı
hiss etmək mümkündür.
Və gözləmədiyimiz
sonluq: "İmranın
üzü sapsarı idi, gözlərinin rəngi solmuşdu. Əlini onun yarasının üzərində
gəzdirdi. Onu danışdırmağa qıymazdı,
amma maraq ona güc gəldi:
- İmran, necə oldu
ki, snayper səni bu hissədən vurdu. Sən ayaq üstəydin ki?
- Mən ayağa
qalxdım ki, o atəş
açsın. Yoxsa onun yerini müəyyən
edə bilməyəcəkdiz.
O, yerini dəyişmişdi.
- İmranın artıq
danışmağa gücü
çatmırdı..."
"Açar" romanı
bədii-estetik cəhətdən
də oxucunu "alıb özüylə apara bilir". İndiyə qədər oxuduğumuz müharibə
ədəbiyyatında çox
da rast gəlmədiyimiz
bir detala diqqət çəkmək
yerinə düşər.
İmran düşmən ordunun
əsgərləri haqqında
deyir: "İmkanım
olsa, mən onları heç öldürmərəm. Onların
da anası var, onların
da cibindən sevdiyi qızın min ümidlə
baxan şəkli çıxır, onların
da atası boyu bərabəri oğul böyüdüb, onun ölümünü eşidəndə
qəddi əyilir, onların da qaragözlü
balaları onların yolunu gözləyir. Onlara da heyifdir. Onlar da cavandır, günahsızdır". Belə
düşünən İmranı
düşmənin bircə
gülləsi bədbəxt
etdi. "Onların da
cibindən sevdiyi qızın min ümidlə
baxan şəkli çıxır" deyən
İmran sevdiyi qıza
vida məktubu yazıb. ...Üstündə
ünvan da qeyd edib. Amma mən o məktubu yazılan ünvana göndərməyə
ürək eləmirəm.
Sevdiyi qızın
İmran üçün axıdacağı
göz yaşları qanımı yuyub aparır".
Tarixi nöqteyi-nəzərdən
"Açar" 44 günlük
Vətən Müharibəmizin
həm də bədii-estetik, psixoloji, mənəvi mahiyyətini
açır. Müəllif
tarixə xidmət edir, həm də ciddi ədəbiyyat
yaradır.
Roman bədii-estetik baxımdan
zəngin olmaqla yanaşı, son dərəcə
həyati və real təsvirlərlə doludur.
Müəllif hadisələri,
dərin psixoloji məqamları ardıcıllıqla
göstərməklə oxucunu
hadisələrin birbaşa
şahidinə çevirir.
Bu baxımdan roman həm
də sənədli dəyərə malikdir - müharibənin reallıqlarını,
xalqımızın birlik
və qələbə
ruhunu özündə
daşıyır.
Romanda diqqətçəkən
mühüm fikirlərdən
biri də 21-ci səhifədə yer alır: "Azərbaycanın
qara qızılı Qarabağın qızıl
açarı ola bilər".
Bu düşüncə strateji
baxışın ifadəsidir.
Ulu öndər Heydər
Əliyev 1994-cü ildə
imzaladığı "Əsrin
müqaviləsi" ilə
bu fikri reallığa çevirib.
Natəvan Dəmirçioğlunun
"Açar" romanı
tarixə işıq tutmaqla yanaşı, İkinci Qarabağ müharibəsinin yurd həsrətinə və
milli yaddaşa necə
təsir etdiyini dərin emosional təsvirlərlə əks
etdirir. Müəllif qəhrəmanların həyat
hekayələri üzərindən
həm fərdi acıları, həm də xalq olaraq
yaşadığımız böyük faciəni və sonundakı qələbəni ustalıqla
qələmə alır.
Romanın dili sadə və səmimi olsa da, yüklü emosional təsir oxucunu düşündürür və
duyğulandırır.
Əsərdə tez-tez
keçmişə dönüşlərlə
insanların doğma torpaqlarına olan bağlılığı, bu
yerlərin yaddaşlarda
necə canlı qaldığı vurğulanır.
Bir hissədə müəllif
yazır: "Yurdlarından
qaçqın düşəndə
evi, aynəbəndi, küçə qapısını-
darvazanı bağlayıb
açarlarını cibinə
qoymuşdu. Qarışıqlıqda
itməsin deyə, rəhmətlik arvadı kiçik kəndirlə açarları bir-birinə
bağlamışdı". Bu cümlələr sadəcə
bir əşyanın
- açarın deyil,
bütöv bir həyatın, xatirələrin
və gələcəyə
olan ümidin simvoluna çevrildiyini göstərir. İnsanların
bu açarları illərlə qoruması, onların nə vaxtsa geri dönəcəklərinə
olan əminliyinin, inamının rəmzidir.
Roman həm də azərbaycanlıların torpağa
olan mənəvi bağını, dözümünü
və qürurunu tərənnüm edir. Müəllif döyüş
səhnələrini və
qələbə hisslərini
də inandırıcı
və qürurverici şəkildə təsvir
edərək oxucunu hadisələrin içinə
çəkir. N.Dəmirçioğlunun bu
romanı, bir bədii yazı olmaqdan daha çox,
tarixi yaddaşın qorunması və gələcəyə ötürülməsi
baxımından xüsusi
əhəmiyyət kəsb
edən ədəbi abidədir.
Mahir Qəribov
525-ci qəzet.- 2025.- 23 sentyabr (№171).-
S.13.