Dövlət Kamera Orkestrinin ifasında Üzeyir Hacıbəyli soraqlı konsert
Sentyabrın 24-də M.Maqomayev adına
Azərbaycan Dövlət
Akademik Filarmoniyasının
Kamera və Orqan Musiqisi Zalında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor: Xalq artisti
Fəxrəddin Kərimov,
solist: Vüsalə Babayeva – piano) konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli
XVII Beynəlxalq Musiqi
Festivalı çərçivəsində
gerçəkləşən konsert bu il anadan
olmasının 140 illiyi
dövlət səviyyəsində
qeyd edilən dahi bəstəkarın “Arşın mal alan” operettasından uvertüranın
səsləndirilməsi ilə
başlanıb.
Daha sonra orkestr Üzeyir bəyin “Arazbarı” zərbi muğamı, “Sevgili canan” romansı, həmçinin
Tofiq Quliyevin “Qaytağı”, Vaqif Mustafazadənin “Mart”, Azər
Rzayevin “Poema”, Alfred Şnitkenin “İntermezzo” (ilk ifa)
və Viktor Herbertin “Serenada” əsərlərini
ifa edib.
Konsert proqramı
tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb.
Gecədə səslənən
bütün əsərlər
Azərbaycan milli bəstəkarlıq
məktəbinin banisi,
görkəmli pedaqoq,
publisist və dramaturq Üzeyir Hacıbəylinin mədəniyyətimizin
inkişafında müstəsna
xidmətləri qarşısında
minnətdarlıq duyğusunun
ifadəsi olub.
525-ci qəzet.-2025.-
26 sentyabr (¹174).- S.12.