Anladım. Tanıdım. Yaşadım”
– Fazil Mustafadan yeni
kitab
Azərbaycan ictimai-siyasi
fikir həyatında özünəməxsus yeri
olan Milli Məclisin İctimai birliklər və dini qurumlar
komitəsinin sədri,
fəlsəfə doktoru
Fazil Mustafanın yeni kitabı işıq üzü görüb. “Anladım. Tanıdım. Yaşadım” adlı bu əsər müəllifin həm öz yaşam təcrübəsini, həm
də milli-mədəni
düşüncə axtarışlarını
əhatə edir.
Əkbər Qoşalı
və Nərgiz Cabbarlının redaktorluğu
ilə “AVE Print”də
gün üzü görən nəfis kitab,
müəllifin müxtəlif
vaxtlarda qələmə
aldığı esselərdən
ibarətdir. Burada Fazil Mustafanın oxuduğu, öyrəndiyi,
tanıdığı və
birgə mübarizə
apardığı şəxsiyyətlər
haqqında düşüncələri
təqdim olunur. Əsər xatirə və publisistik mətnlər toplusu olmaqla yanaşı, həm də düşüncə panoramı,
millət və cəmiyyət fəlsəfəsinin
aydın mənzərəsidir.
Kitab üç əsas
bölmədən ibarətdir:
“Anladım” – müəllifin
tarixdə və mədəniyyətdə dərin
iz qoymuş şəxsiyyətlər haqqında
esseləri;
“Tanıdım” – müəllifin
şəxsən tanış
olduğu və yaxından müşahidə
etdiyi ədiblər, sənətkarlar, ictimai-siyasi
və dövlət xadimləri ilə görüşləri, fikir
mübadilələri;
“Yaşadım” – Fazil
Mustafanın öz həyat yoluna, ideoloji mövqeyinə və mənəvi dünyasına səmimi baxışıdır.
Müəllif son bölümdə
özünə belə
bir sual ünvanlayır: “Xeyirli ömür yaşadımmı?”
– Və sualına “Yaşadım”– deyə cavab verir.
“Anladım. Tanıdım.
Yaşadım” bir müəllifin şəxsi
təəssüratlarının toplusu olmaqla yanaşı, Azərbaycançılıq
ideyasının, milli kimlik
və mədəni yaddaşın, insan ömrünün fəlsəfi
dəyərinin bədii-fəlsəfi
ifadəsidir. Kitab oxucunu
həm tarixin dərslərini anlamağa,
həm çağdaş
dönəmin insanlarını
tanımağa, həm
də öz ömrünü yaşamağa
sövq edir.
Fazil Mustafanın yeni
kitabı özünü
və millətini dərk etmək istəyən oxucular üçün düşüncə,
eyni zamanda, yaddaş kitabı kimi xarakterizə oluna bilər.
525-ci qəzet.- 2025.- 26 sentyabr (¹174).- S.12.