Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir

 

Sentyabrın 22-də Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində (ADMİU) dahi bəstəkar, musiqişünas alim, pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, müxtəlif ali təhsil ocaqlarının rektorları, ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr media nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bildirib ki, 1995-ci ildən etibarən Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın doğulduğu gün, yəni 18 sentyabr tarixi ölkəmizdə Milli Musiqi günü kimi qeyd olunur. O, XVII Beynəlxalq Musiqi Festivalının bir gününün ADMİU-nun müəllim tələbələrinin hazırladığı proqramla keçirilməsindən qürur sevinc duyduğunu bildirib. Rektor gələcək nəsillərin Üzeyir Hacıbəyli irsinə layiq şəkildə yetişəcəklərinə milli-mədəni kimliyimizə hər zaman sahib çıxacaqlarına inamını ifadə edib.

 

Daha sonra universitetin tələbələrdən ibarət Xalq çalğı alətləri orkestri (bədii rəhbəri dirijoru beynəlxalq müsabiqələr laureatı Mustafa Aşurov) ADMİU-nun “Xəzərtələbə Xor kollektivinin (bədii rəhbər Əməkdar müəllim Təranə Yusifova) ifasında dahi bəstəkarın yaradıcılığına aid əsərlər ifa olunub.

 

Konsert proqramında ADMİU-nun dosenti, Azərbaycan Özbəkistan respublikalarının Xalq artisti Gülyanaq MəmmədovaÇırpınırdı Qara dənizmahnısı ilə çıxış edib.

 

Tədbirin ikinci hissəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aysel Əzizovanın rəhbərliyi ilə ADMİU-nun rəssamlıq fakültəsinin tələbələri Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr etdikləriÜzeyir sədalarıadlı geyim kolleksiyasını təqdim ediblər.

 

Sonra qonaqlar Rəssamlıq fakültəsinin müəllimlərinin əl işlərindən ibarət Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olublar.

 

Günün son tədbirində Musiqi sənəti fakültəsinin tələbələri Gülyaz Həsənzadə Toğrul AbıyevLeyli MəcnunoperasındanGörüş səhnəsi”ni ifa ediblər.

 

Sonda ADMİU Sabah qruplarının ifasındaÜzeyir bəy belə deyərdi: “Babalı Sərvərin boynunaadlı performanslar nümayiş olunub. Performansların müəllifi İlqar Fəhmi, quruluşçu rejissor Gümhar Ömərdir.

 

 

525-ci qəzet.-2025.- 24 sentyabr (¹172).- S.9.