İğdırda türkiyəli rejissorunArazın o tayındasənədli filmi nümayiş etdirilib

 

Türkiyənin İğdır vilayətindəArazın o tayında” (“Arazın öteki yanı”) sənədli filminin nümayişi keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Qarsdakı baş konsulluğu, İğdır valiliyi İğdır Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Sənədli filmdə Türkiyə-Ermənistan sərhədində Araz çayı ilə bölünmüş kəndlərin - Halıkışlak (Qars, Türkiyə) Hacı Bayramın (Qərbi Azərbaycan) sakinlərinin faciəli taleyindən bəhs edilir.

 

Bir əsr əvvəl erməni silahlı dəstələrinin hücumları fonunda sonradan ermənilər tərəfindən Bağaran adlandırılan Hacı Bayram kəndinin sakinləri Araz çayını üzərək keçməyə Türkiyəyə qaçmağa məcbur olublar.

 

Tədbirdə Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, İğdır Universitetinin rektoru Ekrem Gürel, İğdır valisinin köməkçisi Ahmet Nuri Demir başqaları çıxış ediblər.

 

Ekrem Gürelin sözlərinə görə, xalqların tarixi yaddaşı mədəni irsi dövlət sərhədləri ilə məhdudlaşmır. “Araz sadəcə bölgəmizdən axan çay deyil, həm yaddaşın, mədəniyyətin, tarixin daşıyıcısıdır. Çayın o tayında baş verən tarixi proseslər, musiqi, adət-ənənələr ortaq irsimizin ayrılmaz hissəsidir. Bu mənada Araz çayı bizim üçün birlik qardaşlıq rəmzidir”, - deyə İğdır Universitetinin rektoru bildirib.

 

Vali köməkçisi Ahmet Nuri Demir “Arazın o tayındasənədli filminin nümayişində iştirak edənlərə təşəkkürünü bildirib. O deyib: “Bir xalqın irsini xatırlamaq onu gələcək vətəndaş nəsillərinə ötürmək vacibdir. Bu, bizim ortaq məsuliyyətimizdir”.

 

Baş konsul Zamin Əliyev, öz növbəsində, Türkiyə ilə Azərbaycan arasında tarixi əlaqələrin sarsılmaz olduğunu vurğulayıb sənədli filmin nümayişini iki xalqın yaxınlaşmasına daha bir töhfə adlandırıb.

 

Filmin rejissoru Ali Pirim Araz çayını türk xalqları üçünhəyat verən sumədəniyyət mənbəyiadlandırıb. “Təsadüfi deyil ki, bu bölgənin sakinlərinin çoxuArazadını daşıyır”, -deyən filmin müəllifi Bağaran kəndinizorla məhv edilmiş mədəni yaddaşın rəmzikimi xarakterizə edib.

 

Onun sözlərinə görə, kinorejissorlartarixi proseslərə körpüləriyenidən qurmaq cəhdi ilə iki kəndin sakinlərinin nəvələri ilə söhbət ediblər.

 

Filmin nümayişi konsert proqramı ilə davam etdirilib.

 

525-ci qəzet .- 2025.- 24 sentyabr (¹172).- S.9.