“Nizami
Gəncəvi və Şota Rustaveli – mədəniyyət kəsişmələri”
Gəncədə bu mövzuda
Azərbaycan-Gürcüstan birinci beynəlxalq konfransı keçirilib
Gəncə Şəhər İcra Hakimiyyəti, Gürcüstan
Xarici İşlər
Nazirliyi, Gürcüstanın
Azərbaycan Respublikasındakı
Səfirliyi, Gürcüstanın
Gəncə şəhərindəki
Baş Konsulluğu, Azərbaycan Milli Elmlər Akademiyasının
Gəncə Bölməsi,
İvane Cavaxişvili
adına Tbilisi Dövlət Universitetinin Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu
və Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
tərəfindən “Nizami
Gəncəvi və Şota Rustaveli – mədəniyyət kəsişmələri”
mövzusunda Azərbaycan
– Gürcüstan I beynəlxalq
konfransı keçirilib.
Gəncə şəhərinin tarixində
ilk dəfə təşkil olunan bu elmi forumda
iki qonşu və dost ölkənin
alim və tədqiqatçıları, AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev,
İvane Cavaxişvili
adına Tbilisi Dövlət Universitetinin Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun
direktoru professor İrma Ratiani, eləcə də Gəncə Şəhər
İcra Hakimiyyətinin
başçısının müavini Adil Tağıyev və Gürcüstanın
Gəncə şəhərindəki
Baş konsulu Kaxaber Abdaladze iştirak ediblər.
AMEA-nın Gəncə
Bölməsinin konfrans
salonunun foyesində xalqlarımızın milli
dəyərlərinin simvolllarına
çevrilmiş Nizami
Gəncəvinin və
Şota Rustavelinin əsərlərinə həsr
olunmuş sərgi nümayiş etdirilib.
AMEA-nın Akademiya
Muzeyinin baş mütəxəssisi sənətşünaslıq
üzrə fəsəfə
doktoru Aynurə Həşimova qonaqlara sərginin eksponatları haqda geniş məlumat verib. O, sərgidə klassiklərimizin
əsərlərinə çəkilmiş
nümunələri təqdim
edərək son vaxtlar AMEA rəhbərliyinin
təsviri sənətə
elmi düşüncə
və fəaliyyətin
bir istiqaməti kimi önəm verdiyini və bu sahədə çalışan rəssam
və dizaynerləri dəstəklədiyini xüsusi
vurğulayıb.
Beynəlxalq konfrans Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü
uğrunda canlarından
keçmiş şəhidlərimizin
xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
AMEA-nın Gəncə
Bölməsinin sədri
akademik Fuad Əliyev giriş nitqində qonaqları qədim Gəncə torpağında, Nizami yurdunda salamlayaraq, iki qonşu ölkənin xalqlarının
dostluq və qarşılıqlı etibarının
əsrlərin sınağından
çıxdığını vurğulayıb. O, müasir
dövrümüzdə ölkələrimizin
rəhbərlərinin bu
dostluq və həmrəyliyi daha da yüksək səviyyəyə qaldıraraq,
beynəlxalq sabitlik və inkişafa daim əhəmiyyətli töhfələr verdiklərini
diqqətə çatdırıb.
Akademik Fuad Əliyev əlavə edib ki, Azərbaycan
və Gürcüstanın
elm adamları da ümumi tərəqqiyə öz töhfələrini verməkdədirlər.
Akademik Fuad
Əliyev vurğulayıb
ki, Azərbaycan və Gürcüstan Prezidentləri İlham Əliyev və Mixeil Kavelaşvilinin
2025-ci ilin aprelində
Bakıda keçirilən
görüşü alimləri
də iki xalqın milli-mənəvi dəyərlərinin
köklərini daha əsaslı tədqiq etməyə sövq edir və bu
baxımdan Nizami Gəncəvi və Şota Rustavelinin yaradıcılığı iki
qardaş xalqın müştərək mədəniyyətə,
ədəbiyyata, əxlaqi
dəyərlərə malik
olduğunun göstəricisidir.
O, həmçinin qeyd edib ki,
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti akademik İsa Həbibbəyli Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun
direktoru professor İrma Ratiani ilə görüşü
zamanı Azərbaycan-Gürcüstan
elmi əlaqələrinin
yeni mərhələyə
qədəm qoyduğunu
bildirib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısının
müavini Adil Tağıyev son dövrlər, xüsusən
də Ali Baş Komandan,
cənab İlham Əliyevin qətiyyəti,
Ordumuzun rəşadəti
və xalqın həmrəyliyi ilə 44 günlük Vətən müharibəsində ərazi
bötövlüyünü Böyük Zəfərlə
tam bərqərar etməsindən sonra yaranmış imkanlar sayəsində ölkəmizin
qonşu və dost Gürcüstan ilə həmrəyliyə
söykənən istər
iqtisadi, istər də mədəni-mənəvi
sahədə əməkdaşlığının
perspektivlərinin daha
yüksək səviyyəyə
çatdığını qeyd edib və
bugünkü mötəbər
elmi görüşün
də bu cür əlaqələrin
genişləndirilməsinə xidmət etdiyini söyləyib.
A.Tağıyev Gəncə Şəhər
İcra hakimiyyətinin
başçısı Niyazi
Bayramovun konfransın iştirakçılarına salamlarını
və uğur arzularını çatdırıb.
Gürcüstanın Gəncə şəhərindəki
Baş konsulu Kaxaber Abdaladze çıxışında xalqlarımızın
dostluq, qardaşlıq
və məqsəd yaxınlığına daha
bir nümunə olan bu tədbirin
təşkili üçün
Gəncə Şəhər
İcra Hakimiyyətinə
və onun başçısı Niyazi
Bayramova, Gürcüstanın
Azərbaycan Respublikasındakı
səfirliyinə, AMEA-nın
prezidenti akademik İsa Həbibbəyliyə,
Ədəbiyyat İnstitutuna,
Gəncə Bölməsinin
rəhbəri akademik Fuad Əliyevə, eləcə də ölkəsinin əlaqədar
universitet və elmi-tədqiqat ocaqlarına
təşəkkürünü bildirib.
AMEA-nın Nizami
Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı Gürcüstan-Azərbaycan
dostluğu və əməkdaşlığının təzahürlərindən biri
kimi, ədəbiyyatlarımızın
müştərək intibahı
və bu intibahın görkəmli
isimlərindən olan
Nizami Gəncəvi və Şota Rustavelinin yaradıcılıq
və fəlsəfi aləminin paralellərinin
araşdırılmasının hər iki xalqın
elminin və mənəvi dünyasının
yüksəlişinə xidmət etdiyini və bu baxımdan hər iki ədibin
timsalında mədəniyyətlərimizin
kəsişməsinə aid
iki ölkə alimləri tərəfindən
müştərək həyata
keçirilən layihənin
əhəmiyyətini vurğulayıb.
O, həmçinin içində yaşadığımız
mürəkkəb və
ziddiyyətlərlə dolu
müasir dünyada xeyirin şər üzərində qələbəsi,
sülh və əmin-amanlığın bərqərar
olması üçün
Nizami və Rustaveli kimi böyük və əbədiyaşar şəxsiyyətlərin
ideya və ideallarına böyük ehtiyac duyulduğuna diqqət çəkib.
İvane Cavaxişvili
adına Tbilisi Dövlət Universitetinin Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun
direktoru professor İrma Ratiani çıxış edərək
Qafqazda ədəbiyyatın
yüksəlişinin Nizami
Gəncəvi və Şota Rustavelinin yaradıcılığı ilə
sıx bağlı olduğunu, bu tədbirin mövzusuna daxil olan müştərək
“mədəniyyət kəsişmələri”
anlayışının açılması
üçün layihəni
icra edən qurumların, tədqiqatçıların
vahid komandada çox səmərəli
çalışdıqlarını qeyd edib.
İrma Ratiani
“Şota Rustaveli və onun “Pələng
dərili cəngavəri”.
1937-ci ildə qeyd edilən yubileyi” mövzusunda məruzə ilə də çıxış edərək,
Rustaveli sözü və fikrinin mənəvi gücünün
sovet rejiminin repressiv basqılarının
ən şiddətli məlum dövründə
insaniyyətə böyük
xidmət göstərdiyini
vurğulayıb.
AMEA-nın Nizami
Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
Nizamişünaslıq şöbəsinin
baş elmi işçisi filologiya üzrə fəlsəfə
doktoru, dosent Zəhra Allahverdiyeva “Nizami Gəncəvi ənənələrinin Şota
Rustaveli yaradıcılığına
təsiri məsələləri
və problemin tədqiqi tarixi”, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutun
elmi katibi Miranda Kaşalaşvili “Nizami və Rustaveli: Məhəbbət
konsepsiyasının interkultural
paralelləri”,
AMEA-nın
Gəncə Bölməsinin
elmi işlər üzrə sədr müavini filologiya üzrə fəlsəfə
doktoru, dosent Əlimuxtar Muxtarov “Şeyx Nizami və onun vətəni
Gəncə”, Şota
Rustaveli adına Gürcüstan Ədəbiyyatı
İnstitutun Rustaveliologiya
Mərkəzinin rəhbəri
filologiya elmləri doktoru İvane Amirxanaşvili “Biz yenə bərabərik”, Gəncə Bölməsinin
Nizami Gəncəvi Mərkəzinin şöbə
müdiri Təranə
Verdiyeva “Azərbaycan və Gürcüstan ədəbi əlaqələri”
və Gəncə Bölməsinin Beynəlxalq
əlaqələr şöbəsinin
müdiri Simuzər Qafarlı “Nizami və Rustaveli irsindən 1918-ci il istiqlalına: Azərbaycan
və Gürcüstanın
tarixi və ədəbi körpüləri”
mövzularında çıxış
ediblər.
Konfransda, həmçinin
AMEA-nın Memarlıq
və İncəsənət
İnstitutunun elmi işlər üzrə direktor müavini sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Xəzər Zeynalov və Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, aparıcı
rəssam-dizayner Minayə
Dəyanət-Feyzullayeva da
ədəbiyyat və
sənət məsələləri
haqda mülahizələrini
söyləyiblər.
Çıxışlar ətrafında müzakirələr,
eləcə də iki qonşu və dost ölkənin
alimlərinin əməkdaşlıq
əlaqələrinin genişləndirilməsi
məsələləri haqda
fikir mübadiləsi aparılıb.
AMEA və onun
Gəncə Bölməsi
tərəfindən gürcü
qonqlara Akademiyanın
80 illiyi və Nizami Gəncəvi motivləri əks olunmuş suvenir xalçalar və elmi kitablar hədiyyə
olunub.
Konfransın iştirakçıları dahi
Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini, onun ata və anasının
yaxınlıqdakı qəbirlərini,
Nizami Gəncəvi Muzeyini, həmçinin görkəmli gürcü
şairi Nikoloz Barataşvilinin Gəncə
şəhərində yaşamış
olduğu məkandakı
baralyefini ziyarət ediblər.
Qonaqlar bu məkanlarda gəzintilər zamanı konfransın məqsədləri və qarşıdakı müştərək planlar haqda müsahibə də veriblər.
Muradov Zakir
525-ci qəzet .-
2025.- 25 sentyabr (¹173).- S.11.