Ağdamda Xalq artisti
Mənsum İbrahimovun
65 illik yubileyi qeyd edilib
Ağdam
Muğam Mərkəzində
rayon icra hakimiyyətinin
təşkilatçılığı ilə tanınmış xanəndə, Xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimovun 65 illik yubileyi qeyd edilib.
Tədbirdə Ağdam
Rayon İcra Hakimiyyətinin
başçısı Vaqif
Həsənov, aparatın
əməkdaşları, Yeni Azərbaycan Partiyası
rayon təşkilatının sədri Mansur Quliyev, Milli Məclisin deputatları
Aqil Abbas, Elman Məmmədov, şəhid ailələri,
qazilər, idarə, müəssisə və təşkilatların rəhbərləri,
mədəniyyət və
incəsənət xadimləri,
rayon ictimaiyyətinin nümayəndələri
iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər
Heydər Əliyevin və şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla
yad olunub.
Çıxış edənlər Mənsum İbrahimovu 65 yaşının tamam olması münasibətilə
təbrik edərək
onun həyat və yaradıcılığından,
yaratdığı ölməz
obrazlardan, muğamlarımızın
inkişafındakı xidmətlərindən
bəhs ediblər. Bildirilib ki, Mənsum
İbrahimov 1960-cı il oktyabrın 1-də
Ağdam rayonunun İmamqulubəyli kəndində
anadan olub. 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin "Mədəni
maarif" fakültəsində
təhsil alıb.
1993-cü ildən “Leyli
və Məcnun” operasında Məcnun rolunu oynayır. Opera səhnəsindəki fəaliyyəti
ilə bərabər,
həm də xalq və bəstəkar
mahnılarının, muğamların
mahir ifaçısıdır.
Azərbaycan muğam sənətini dünyanın
müxtəlif ölkələrində
təmsil edir. Bununla yanaşı, pedaqoji fəaliyyətlə
məşğul olur.
Azərbaycan Milli Konservatoriyası
və konservatoriyanın
nəzdində fəaliyyət
göstərən Musiqi
kollecinin müəllimi
kimi gənc muğam ustalarının yetişməsinə böyük
əmək sərf edir. Mənsum İbrahimovun əməyi həmişə dövlətimiz
tərəfindən yüksək
qiymətləndirilib. O, 1998-ci ildə "Azərbaycan Respublikasının Əməkdar
artisti", 2005-ci ildə
"Xalq artisti" fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır.
2010-cu ildə isə Azərbaycan Respublikası
Prezidenti tərəfindən
"Şöhrət" ordeni
ilə təltif olunub. Azərbaycan Milli Konservatoriyasının professoru,
Muğam kafedrasının
müdiridir.
Tədbirdə Ağdam Musiqi kollecinin “Qarabağ
instrumental ansamblı”nın
müşayiəti ilə
tanınmış muğam
ifaçıları tərəfindən
xalq və bəstəkar mahnıları
təqdim edilib.
525-ci qəzet $g
2025.- 30 sentyabr (¹176).-
S.10.