Parisdə Xurşidbanu Natəvanın
yaradıcılığına həsr olunmuş məclis
Parisdə, Azərbaycan
səfirliyinin nəzdindəki
Mədəniyyət Mərkəzində
görkəmli Azərbaycan
şairəsi Xurşidbanu
Natəvanın yaradıcılığına
həsr olunmuş ədəbi-musiqili məclis
keçirilib.
AZƏRTAC xəbər verir ki, ədəbi məclisdə fransız ədəbiyyatının və
intellektual dairələrinin
nümayəndələri, şair və yazıçılar, habelə
jurnalistlər iştirak
ediblər.
Ölkəmizin Fransadakı
səfiri Leyla Abdullayeva
tədbirdə çıxış
edərək XIX əsr
tanınmış Azərbaycan
şairəsi, sonuncu Qarabağ xanının qızı Xurşidbanu Natəvan haqqında danışıb, dövrünün
aparıcı qadın
siması olan xan qızının zəngin yaradıcılığı,
Azərbaycan ədəbiyyatının
və incəsənətinin
inkişafına verdiyi
töhfəsi, habelə
onun xeyriyyəçilik
fəaliyyəti barədə
iştirakçılara məlumat
verib. Məclisdə fransız nümayəndələr,
Marsel Dram İncəsənət
Konservatoriyasının məzunu
və klassik vokal sahəsində təhsil almış Alən Tremolye, “Rives Méditerranéenes” mədəniyyət
təşkilatının prezidenti,
altı şeirlər
toplusunun müəllifi
şair Fatima Chbiban, habelə ədəbiyyat nəzəriyyəsi üzrə
təhsil almış
və hazırda Strasburq Universitetinin Yaxın Şərq və Aralıq dənizi ətrafı ölkələri üzrə
regionşünaslıq fakültəsinin
tələbəsi, ədəbi
əsərlərin tərcüməçisi
Sitarə Quliyeva Natəvanın bədii yaradıcılığından bəhs edib, Azərbaycan və fransız dillərində
onun qəzəllərini
səsləndiriblər.
Qəzəllərin təqdimatı Azərbaycan
milli musiqisi və muğamı ilə müşayiət edilib.
Tar və kamançada
Azərbaycan Milli Konservatoriyasının
İnstrumental ifaçılıq kafedrasının baş müəllimi, tarzən Elçin Nağıyev və Qarabağ Universitetinin İncəsənət
fakültəsinin dosenti,
Xalq artisti və kamança ustası Elşən
Mansurov ifa ediblər.
Muğamın ahəngi
ilə qəzəllərin
poetik dərinliyinin vəhdəti milli mədəniyyətimizin
zənginliyini nümayiş
etdirməklə yanaşı,
dinləyicilərin könlünü
oxşayıb.
Natəvan poeziya
məclisinin iştirakçıları
tədbirin sonunda Mədəniyyət Mərkəzinin
bağında görkəmli
şairənin heykəli
önündə xatirə
şəkli çəkdiriblər.
525-ci qəzet.-2025.- 30 sentyabr (¹176).- S.10.