Çağdaş poeziyada yeni janr axtarışları

ELÇİN İSGƏNDƏRZADƏ YARADICILIĞINDA TÜRKÜ VƏ EBRÜLƏR

 

 

 

Müasir poeziyada ədəbi axtarışlar janr yenilikləri lirikanın sərhədlərini genişləndirir, yeni üfüqlər açır. Şair Elçin İsgəndərzadə bu ənənənin davamçısı kimi sözün sərhədini mövzu ilə bərabər, həm janr zənginliyi ilə genişləndirməyə nail olan ədiblər sırasındadır. Onun poeziyadakı janr axtarışlarındakı novatorluğun bəhrəsi olaraq ərsəyə gəlmiş ebrü türkü janrları öz unikallığı ilə seçilir. Bu adların hər biri bizə digər sənət növlərindən tanış olsa da, görünür, şair bu yeni janrları həmin sənətlərlə əlaqələndirdiyi üçün adlarını da bu cür seçmək qərarına gəlib. Şairin bədii irsinin toplandığı beş cildlik kitabların birinci cildində "Ürəyimin sevda türküləri" başlığı altında nəşr olunmuş türkülər öz mövzu ideya rəngarəngliyi ilə diqqət cəlb edir, eyni zamanda, oxucuya bir musiqi təsiri bağışladığını da demək mümkündür. Onun "Yağmur türküsü", "Tənhalıq türküsü", "Qobustan türküsü", "Röya türküsü", "Ümid türküsü", "Savaş türküsü" başqa belə onlarla türkü poeziyamızı zənginləşdirmək baxımından əhəmiyyətli yerə sahibdir.

 

Başqa türkülərdə olduğu kimi, Elçin İsgəndərzadənin "Yağmur türküsü" adlı şeiri həm bədii, həm fəlsəfi təhlilə açıq olan emosional qatlara malikdir.

 

 

 

Yenə ilıq yağışlar yağır mənim ömrümə.

 

Sənin sevda mələyin baxır mənim ömrümə.

 

Baxır, bəyaz bir hücrə, pəncərə, yaşıl kaktus.

 

Dayan, bir söz söyləmə, beləcə gülümsə sus...

 

 

 

Şair klassik Şərq poeziyasındakı mələk motivini çağdaş duyğularla qovuşdurur. Bu sevgi artıq maddi mövcudluqdan çıxaraq himayə bağlılıq yaradan mənəvi səviyyəyə ucalır.

 

Müasir Azərbaycan poeziyasında tənhalıq, ayrılıq sükut kimi motivlərə bir sıra şairlərin yaradıcılığında rast gəlinir. Müəllifin "Tənhalıq türküsü" adlı şeiri bu mövzuların dərin psixoloji məqamlarla təqdim olunduğu nümunələrdəndir.

 

"Tənhalıq türküsü" müəllifin poetik dünyasında tənhalığın sarsıdıcı təsirini, hücrədə toxunan hicran torlarını, bəyaz sükutları ümidlərin səssiz dağılmasını göstərir. Bu mənada şeir çağdaş insanın təcrid olmuş dünyasının lirik notlarla etirafıdır.

 

 

 

Qobustanda bir qaya, qaya üstündə rəsm.

 

Qavaldaşın ritminə qarışır mənim səsim.

 

Orda rəqs eləyirik bir qaya rəsmində.

 

Dodağımı yandırır bu gün çiçək ismin .

 

 

 

Elçin İsgəndərzadənin bu misralarla yaratdığı obraz hisslər zamanlararası bir körpü qurur: keçmişlə bu gün, daşla insan, yaddaşla sevgi arasında.

 

"Röya türküsü" lirik qəhrəmanın fərdi duyğuları ilə kollektiv milli yaddaşı ustalıqla sintez edir, minilliklər öncəsi bu gün arasında poetik körpü qurur. Burada sevgi əbədi zamansızdır. Şeirin ustalığı onun simvolikliyi mistikliyindədir: boz qayadan tutmuş yağışlı röyaya, mələkdən dindən uzaq, sadə saf insan sevgisinə qədər olan bu poetik səfər oxucunu həm tarixə, həm daxili duyğular dünyasına aparır.

 

 

 

Yenə sevda dolu bir gün yaşadım.

 

Yenə yadımdan çıxıb öz adım.

 

Yenə dostlar vəfasız, yenə ulduzlar uzaq -

 

Yenə könüllər yalqız, gecə siyah, ulduz .

 

 

 

"Qürbət türküsü" oxucunu sükut içində düşündürən, qəlbində köhnə bir həsrətin səsini oyadan poetik fəryadı əks etdirir. Şeirdə lirik qəhrəman gündəlik həyatın içində özünü tapmağa çalışır. Kimliyini unutmaq qürbətin ən dərin ağrısıdır. Şeir boyunca "yenə" sözünün təkrarı bizə bir dönüş təsiri bağışlayır: dəyişməyən, təkrarlanan mənəvi ağrılarla dolu bir həyat.

 

İnsan üçün "kiməm?" sualına cavab tapmaq bəzən bütün ömrünü sərf etməyə dəyər bir axtarışa çevrilir. Qürbət bu axtarışı daha da dərinləşdirir. Vətəndən kənarda insan təkcə torpaqdan yox, öz köklərindən, adından, tarixindən uzaq düşür. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının qəlbində belə bir "Qürbət türküsü" çalınır.

 

 

 

Gecə, yağmur havası, gecə, dəniz sahili.

 

Qobustan qayasında rəsmlərin lal dili.

 

Ümid bir kuzə kimi əlimdən düşdü sındı.

 

Hardasan dəli könlüm, könlüm, sənin yasındı.

 

 

 

Elçin İsgəndərzadənin "Gecə türküsü" şeiri insanın içindəki dərin boşluğu, qırılmış ümidləri yalqız ruhunun fəryadını ifadə edir. Şeir müasir insanın mənəvi təkliyini daxili iztirablarını əks etdirən lirik nümunədir. Lirik qəhrəman öz könlünün yasını tutur, qırılmış daxili dünyasının qarşısında acizdir. İnsanın gerçəklikdən qopmasının həm fiziki, həm ruhi bir tənəzzül yaşatdığını təsvir edir.

 

"Savaş türküsü" şeiri milli yaddaşın, tarixi qürurun gələcəyə inamın sözlərlə yoğrulmuş savaş marşıdır. Mövzu təkcə silahlı döyüşdən deyil, həm sözün, düşüncənin, ruhun savaşından gedir. İlk misralardan etibarən şair oxucunu həm zamanın axarı ilə, həm keçmişin gələcəyin toqquşduğu bir mənzərə ilə qarşılayır. Zirvələrin layiq olmayanlara qaldığını, əsl qəhrəmanların isə yaddaşdan silindiyini vurğulayır.

 

Beləliklə, Elçin İsgəndərzadənin türkü janrında yazdığı şeirlər onun poeziyasındakı milli köklərə xalq irsinə bağlılığını göstərir. Türkülər bir tərəfdən ənənənin qorunmasına xidmət edərkən digər yandan şairin çağdaş poeziyada yeni tərz ifadə axtarışlarına işıq tutur. Bu şeirlərdə musiqi sədaları ilə oxunan ənənəvi türkünün obraz motivləri ilə yanaşı, müəllifin fərdi üslubu çağdaş dünyagörüşü təcəssüm olunur. Şair bu janrı öz yaradıcılıq dünyasında şərh edərək oxucuya yeni lirik forma təqdim edir.

 

Ebrü Elçin İsgəndərzadənin yaratdığı yeni şeir janrıdır. Ənənəvi ebrü sənətindən ilhamlanaraq lirikada poetik formaya çevrilmişdir. Elçin İsgəndərzadə sözlə rəsm çəkməyə, sözün üzərində duyğu dalğaları yaratmağa nail olur. Şairin "Qırmızı ebrü", "Tokat ebrüsü", "Ömür ebrüsü-1", "Ayrılıq ebrüsü-1", "Ovqat ebrüsü", "Ölüm ebrüsü" başqa ebrüləri türküləri kimi mövzu cəhətdən zəngindir.

 

"Ömür ebrüsü - 1" bu janrın parlaq nümunələrindən biridir. Şeir altı beytdən ibarətdir, lakin hər beyt eyni strukturda qurulmuş ikiliklər üzərində bərqərar olur. İki rəqəmi təsadüfi deyil. Bu, həm duallığın (ikilik - sevgi ayrılıq, ümid qorxu, həyat ölüm), həm tərəzili harmoniyanın (simmetriya, balans) rəmzidir.

 

 

 

İki sevdalı könül - iki qönçə qızılgül.

 

Göydə iki bulud - iştə, iki umud.

 

 

 

Sevgi ümid motivləri təbii görüntülərlə (qızılgül, bulud) vəhdətdə təqdim olunur. Bu yanaşma oxucunun həm gözəllik duyğusuna, həm xatirə arzu yaddaşına toxunur.

 

İki damla gözyaşı, iki qədər yoldaşı.

 

Dənizdə iki dalğa - könüldə əski qovğa.

 

Şeir bir növ duyğuların sükunətdən təlatümə doğru keçidini, yəni ebrü sənətindən məlum olan rənglərin su üzərində yayılma prosesini xatırladır.

 

 

 

İki quş var ağacda, iki at var yamacda.

 

Ürəkdə iki dilək, çiynimdə iki mələk...

 

 

 

Ağacdakı quş yamacdakı at azadlıq, həyat hərəkət simvollarıdır. Ürəkdəki diləklər çiyindəki mələklər isə insanın daxili aləmi ilə ilahi varlığın əlaqəsini əks etdirir. Şair sözlə rəng çəkir, ritmlə təsvir yaradır, ahənglə yeni düşüncə tərzi oyadır. Şeirdə rənglərin yerini sözlər, suyun yerini duyğular tutur. Elçin İsgəndərzadənin ebrü adlandırdığı bu janr oxucunu xəyalındakı güzgüdə öz ikiliklərini - sevgi həsrətini, arzu qovğasını xatırlamağa çağırır. Vizual düşüncə ilə poetik duyğular birləşir.

 

 

 

Bir cənnət quşu qonub yaşıl gül budağına,

 

Cənnət quşu, apar məni, apar Tanrı dağına...

 

Orda boş yuvam qalıb, ot basmış dağ cığırı...

 

Dağ başından boylanan hilal bizi çağırır.

 

 

 

Elçin İsgəndərzadənin ebrüləri oxucunu sözlə yaradılmış bir tabloya baxmağa sövq edir. "Cənnət ebrüsü" bu tabloların içində mənəvi zirvəyə aparan lirik yoldur. Şeir cənnət quşunun gəlişi ilə başlayır. Bu quş cənnətin rəmzi, ilahi aləmə aparan bələdçidir. Onun yaşıl gül budağına qonması, təbiət ruh arasındakı həssas vəhdəti göstərir. Tanrı dağı həm türklüyün yaddaşında yer alan sakral dağ, həm ruhun yüksəliş nöqtəsi kimi şeirdə təcəssüm olunur. Hilal isə türklüyün, islamın, vətənin simvolu kimi dəyərləndirilə bilər. O, doğma yerə, kökə, əslə dönüş çağırışı edir. Mistik elementlərlə zəngin bu şeirdə qutlu bir şaman qədim türk mifologiyasında müqəddəs ruhani, insanla Tanrı arasında vasitəçidir. Onun hilalla halallaşması göy yerin birləşməsi, insanın ilahi ilə qovuşması mənasındadır. Ömrün zamanla axması isə ebrü janrının əsas fəlsəfəsini - axıcılıq, keçicilik, təbii sonsuzluq ideyasını əks etdirir. "Cənnət ebrüsü" lirik qəhrəmanın ruhunun səmaya doğru yüksəlişi, insanın kökünə qayıdışı, təbiətlə, tarixlə, Tanrı ilə birləşmək arzusudur.

 

 

 

duvaqlı buludlar durnalara əmanət.

 

Süd qoxulu umudlar analara əmanət.

 

Könlümüzün ilk ovu qara gözə əmanət.

 

Savaşda şəhid olsam, ruhum sizə əmanət.

 

 

 

Müəllifin "Ümid ebrüsü" adlı şeiri həm bir millətin, bir fərdin, bir şairin dünyasının, həm varlığımızın gələcəyə əmanət edilən hissələrinin sətir-sətir təsviridir. Bu şeir hər misrasının əmanət anlayışı ətrafında dövr etdiyi bir vəsiyyətnamə təsiri bağışlayır. Əmanət mənəvi borc, etibar edilən dəyər təhlükədə olan gözəllik anlamındadır. Burada təbiət lirik qəhrəmanın vətənidir. Yovşan xalq yaddaşında vətənin acı qoxusu, ceyran vətən həsrəti ilə qaçan incə varlıqdır. Şeirdəki bu motivlər itirilmiş torpaqları onların himayəyə verilmiş ruhunu da ifadə edir.

 

Elçin İsgəndərzadənin poeziyaya gətirdiyi türkü ebrü janrları mahiyyət baxımından da bir yenilikdir. Müasir poeziyada janr axtarışları yalnız formanın yenilənməsi deyil, həm poetik düşüncənin sərhədsizliyinə, fərdi yaradıcılıq axtarışlarına açılan geniş bir meydandır. Müasir şeir yaradıcılığı üçün janr sərhədlərinin aşılması, janrlararası sintez yeni formaların yaranması poeziyanın zənginləşməsinə, oxucu ilə daha canlı ünsiyyət qurulmasına xidmət edir. Bu axtarışlar həm şairin öz yaradıcılıq üfüqlərini genişləndirir, həm milli poeziyanın inkişafında mühüm rol oynayır. Elçin İsgəndərzadənin yaradıcılığında bu axtarışların təzahürünü aydın şəkildə görmək mümkündür.

 

 

 

İlahə SƏFƏRZADƏ

 

525-ci qəzet.-2025.- 20 sentyabr (¹170).- S.20.