Dövlət Uşaq
Filarmoniyasında Xalq artisti Yusif Axundzadənin 80 illik yubileyi
qeyd olunub
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında
musiqi sənətinin görkəmli nümayəndəsi,
general-mayor, professor, Xalq artisti Yusif Axundzadənin 80 illik
yubileyi qeyd olunub.
525.az xəbər verir ki, bu barədə Dövlət
Uşaq Filarmoniyasından məlumat verilib.
Bildirilib ki, yubilyarı təbrik edən Dövlət
Uşaq Filarmoniyasının direktor müavini Leyla Muradzadə
onun Azərbaycanda hərbi orkestrlərin formalaşmasında və
inkişafında müstəsna xidmətləri olduğunu
vurğulayıb. Qeyd edib ki, onun zəngin
yaradıcılığı, yüksək musiqi mədəniyyəti
və illər boyu yetişdirdiyi gənc musiqiçilər
milli musiqi xəzinəmizin ayrılmaz hissəsinə
çevrilib. Onun çoxillik səmərəli fəaliyyəti
dövlət tərəfindən daim yüksək qiymətləndirilib.
Daha sonra Gülarə Əliyeva adına 3 nömrəli
uşaq incəsənət məktəbinin direktoru Elvira
Əhmədova, 17 nömrəli uşaq musiqi məktəbinin
direktoru Samirə İsayeva, 4 nömrəli uşaq musiqi məktəbinin
direktoru Dilbər Əhmədova Xalq artisti Yusif Axundzadənin
yaradıcılığından söhbət açaraq ona ən
xoş arzularını çatdırıblar.
Konsertdə Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri
orkestri Azərbaycan və xarici bəstəkarların əsərlərindən
ibarət proqramla çıxış edib. Dövlət
Uşaq Filarmoniyasının birləşmiş xorunun
ifasında isə M.Maqomayevin “Odlar Yurdu Azərbaycan” əsəri
səslənib. Xorun bədii rəhbərləri Leyla Muradzadə
və Aysel Mehdizadədir.
Tədbirin təşkilatçılarına və
iştirakçılarına minnətdarlığını
bildirən Yusif Axundzadə musiqiçilərə öz
tövsiyələrini verib.
525-ci qəzet .- 2026.- 6 fevral(¹5).-S.18.