"Ulduz" jurnalının
Türk dünyası sayı təqdim olunub
Azərbaycan Dövlət Pedaqoji Universiteti, “Ulduz”
jurnalı və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə
təşkilatçılığı ilə jurnalın
Türk dünyasına həsr olunmuş sayının təqdimatı
keçirilib.
525.az xəbər verir ki, tədbirdə ADPU-nun Beynəlxalq
Əlaqələr üzrə prorektoru, filologiya elmləri
doktoru, professor Mahirə Hüseynova, "Ulduz"
jurnalının baş redaktoru, şair-publisist Qulu Ağsəs,
universitetin əməkdaşı Aynurə Əliyeva
çıxış edib. Professor Mahirə Hüseynova ədəbiyyat
nümayəndələri ilə görüşlərin tələbələr
üçün də çox böyük əhəmiyyəti
olduğunu vurğulayıb.
Şair-publisist Qulu Ağsəs qeyd edib ki, “Ulduz”
jurnalı ilə universitetin çox gözəl əməkdaşlığı
və bu əməkdaşlığın xüsusi
buraxılışlar kimi gözəl nəticələri
var.
Tədbirin moderatoru DGTYB başqanı İntiqam Yaşar
Türk dünyasının ədəbi-mədəni əlaqələrinin
inkişafında ortaq nəşrlərin əhəmiyyətindən
bəhs edib.
Daha sonra gənc yazarlar Fuad Cəfərli, Qabil Ədalət,
aktrisalar Simuzər Ağakişiyeva və Günəş
Mehdizadə şeirlər səsləndirib.
Tanınmış aşıqlar Nəbi Nağıyev,
Nazim Quliyev, qarmon ifaçısı Habil
Şınıxlı, nağara
ifaçısı Vüqar Əhmədov Mahirə
Hüseynovanın sözlərinə oxunmuş aşıq
mahnılarını təqdim ediblər.
Tədbirə kollektiv şəkil çəkdirməklə
yekun vurulub.
525-ci qəzet .- 2026.- 20 fevral(¹7).-S.25.