Bakı-Belqrad
münasibətləri strateji tərəfdaşlıq səviyyəsində
Azərbaycan Balkan regionu ilə əlaqələrin
genişləndirilməsinə xüsusi önəm verir. Son
illər bir sıra sahələrdə, o cümlədən
enerji təhlükəsizliyi, nəqliyyat-logistika, iqtisadi və
digər sahələrdə inkişaf özünü göstərməkdədir.
Balkan regionunda xüsusilə Serbiya ilə münasibətlər
strateji tərəfdaşlıq səviyyəsində
inkişaf etməkdədir. Fevralın 15-də Azərbaycan
Prezidentinin Serbiyaya səfəri, keçirilən
görüşlər, imzalanan sənədlər bu mənada
mühüm əhəmiyyət kəsb edir. Bu sənədlər
siyasi dialoqun, iqtisadi əməkdaşlığın,
energetika və nəqliyyat sahələrində tərəfdaşlığın
daha da genişləndirilməsinə xidmət edir. Səfər
zamanı dövlət başçılarının mətbuata
bəyanatlarında əməkdaşlığın yeni mərhələyə
qədəm qoyduğu və bundan sonra daha da inkişaf edəcəyi
xüsusi vurğulandı.
Serbiya lideri Aleksandar Vuçiç bildirib ki, iki
ölkənin əməkdaşlığı hər bir sahdə
inkişaf edir. Belə ki, 2012-ci illə müqayisədə
xidmətlər sahəsində ticarət dövriyyəsi əvvəlkindən
16 dəfə çoxdur. Prezident deyib ki, strateji tərəfdaşlıq
sayəsində Azərbaycanla yeni əlaqələr,
mümkün olan ən yaxın əlaqələr qurmuşuq:
"Hesab edirəm ki, bu, Serbiya Respublikası və onun vətəndaşları
üçün olduqca vacibdir".
Prezident İlham Əliyev bəyan edib ki, energetika sahəsində
iki ölkənin əlaqələri indi çoxşaxəli
formatda inkişaf edir: "Bir müddət bundan əvvəl
biz Serbiyaya təbii qazın ixracına
başlamışıq və bu gün qərara gəldik ki,
ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac
ediləcək qazı da elektrik enerjisinə çevirərək,
artıq təmiz elektrikin əldə edilməsinə də
nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə
ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın
energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir.
Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpaolunan
enerji stansiyalarının tikintisi ilə məşğuluq və
bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə
hazırıq. Biz 2032-ci ilə qədər əlavə 8
giqavat enerji gücünü əldə edəcəyik və
bunun böyük hissəsi ixraca gedəcək. Bunun
üçün bizim yeni və daha genişhəcmli
transmissiya imkanlarımız olmalıdır. Çünki
bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır".
Politoloq Şəbnəm Həsənova mövzu ilə
bağlı "525"ə deyib ki, Azərbaycan və Serbiya
arasında dərinləşən münasibətlər
bütün tərəflərə əməkdaşlıq təklif
edir. Əməli addımlarla sülhü sübut etməli və
təsdiqləməli olduğumuzu bir daha göstərir:
"Belqrad və Bakı birbaşa uçuşlar
planlaşdırır, eləcə də bu uçuşlar
Tbilisi arasında da planlaşdırılır. Serbiya Şərqə
doğru tərəfdaşlıqları genişləndirmək
və Azərbaycanla da əlaqələri gücləndirmək
istəyir. Serbiya və Azərbaycan dünya nizami ilə
bağlı ortaq baxışa və fikrə malikdir".
O əlavə edib ki, dünyada baş verən proseslər
bütün aktorlardan xarici siyasət prirotetlərini tamamilə
və mütləq şəkildə dəyişməyi, yenidən
formalaşdırmağı tələb edir: "Belə ki,
dünyada qüvvələr balansı dəyişdikcə
yeni əməkdaşlıq formatları, qeyri-ənənəvi
sazişlər üzə çıxır, gözlənilməyən,
proqznozlaşdırılması çətin proseslərin
şahidiyik. Kövrək dünya nizamında hər bir
ölkə xarici olduğu qədər daxili təhdidlərlə
də üz-üzə qalır. Planlaşdırılan əməkdaşlıqlarda
orta güclər daha da önə çıxırsa, məhsulun
iqtisadi milliyəti müəyyənləşdirilir.
Vuçiçin Azərbaycan məhsullarına diqqət
çəkməsi də bu deməkdir. Dövlətlərin
daxili siyasətinə amansız müdaxilələrin
şahidiyik. Serbiya Prezidenti Aleksandar Vuçiçin son
günlərdə ölkəsinin daxilinə nüfuz etməkdə
bəzi xarici qurumları və ya təşkilatları
günahlandırdığını görürük. O
bildirir ki, bununla bağlı əldə kifayət qədər
dəlillər var. Münxen Təhlükəsizlik
Konfransında Vuçiç beynəlxalq sistemi və
aktorları tənqid etdi və bildirdi ki, sülhə nail olmaq
üçün çalışmaq yerinə, qeyri-müəyyən
dünya nizamının qorunmasına
çalışırlar.
Bu istiqamətdə qeyd olunmalıdır ki, liderlər
sadəcə sülhün bərqərar olması
üçün çalışmalı deyillər, həm də
onu necə əldə etmək haqqında həll
variantları axtarmalıdırlar. Xarici və daxili siyasətdə
üzləşdiyi təhdid və təzyiqlər fonunda
Serbiya güvənə biləcəyi bir aktor axtarır, belə
bir siyasi liderə ehtiyac duyulur ki, bunu Azərbaycanın, onun
liderinin simasında tapır. Bu gün heç bir qaydanın tətbiq
olunmadığı bir nizamda yaşayırıq və belə
bir nizamda sülhü gətirmək son dərəcə
çətindir. Bu çətinliyin öhdəsindən
Prezident İlham Əliyev gəlməyi bacarır. Həm də
o dövrdə ki, qlobal maraqlar insan həyatı ilə deyil,
resurslarla diktə olunur. Serbiyanın Türkiyə ilə
münasibətləri dərinləşdirməyə meyl
göstərdiyinin şahidiyik. Habelə, Türkiyənin
Ərəb dünyasında və Yaxın Şərqdə
artan nüfuzu Serbiyanı məcbur edir ki, Türkiyə və
Azərbaycanla münasibətləri müsbət saxlasın.
Bu gün kommersiya mənfəətlərinə önəm
verilir və bu istiqamətdə Serbiyanın Azərbaycan məhsullarını
idxal etməkdə son dərəcə maraqlı və qətiyyətli
olduğunu görürük. Serbiya siyasi və iqtisadi
maraqlarını qorumaq üçün intensiv beynəlxalq fəaliyyət
göstərir ki, bu istiqamətdə Azərbaycana pənah gətirir.
Serbiya enerji təchizatını Rusiyadan uzaqlaşdırır
və Avropa Birliyinin alış mexanizmi vasitəsilə təbii
qaz almaq üçün Avropa İttifaqından təzyiqlər
görür, bu təzyiqlər və rəqabət fonunda
Serbiya siyasəti uğurla aparan Azərbaycan liderini seçir.
Serbiya Bolqarıstan vasitəsilə Azərbaycandan qaz alır
və Serbiyanın Yunanıstandan mayeləşdirilmiş təbii
qaza çıxışını təmin edəcək
Şimali Makedoniyaya qaz kəmərinin tikintisinə bu il
başlanılmalıdır. Serbiya ilə qonşu
Rumıniyanı birləşdirən neft kəmərinin
2027-ci ildə başa çatması gözlənilir. Bu
istiqamətdə Serbiya Azərbaycanla münasibətlərini
dərinləşdirmək yolunu tutur".
Pərvanə
525-ci qəzet .- 2026.- 20 fevral(№7).-S.5.