“Ad günü şamları”nın
xüsusi nümayişləri sona çatıb
Azərbaycan Respublikasının Gənclər Fondunun
“Konstitusiya və Suverenlik ili” çərçivəsində
elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Ad günü
şamları” tammetraj sənədli filmi və onun
nümayişi layihəsinin icrası yekunlaşıb.
525.az xəbər verir ki, adıçəkilən
filmin gənclər, yeniyetmələr üçün 4
xüsusi-qapalı nümayişi Biləsuvar rayonu Biləsuvar
Gənclər evi, Xəzər rayonu Mədəniyyət və
sənətkarlıq üzrə Bakı Dövlət Peşə
Məktəbi, Sumqayıt şəhəri Sumqayıt Gənclər
Evi, Lənkəran şəhəri Lənkəran Gənclər
Mərkəzində baş tutdu. Bu film könüllü
yollandığı İkincin Qarabağ müharibəsində
məhz öz doğum günündə hər iki
gözünü itirən qazi Kamran Baxşızadənin həyatından,
ümidlərindən, müharibədən sonrakı həyat
əzmindən və mübarizəsindən bəhs edir. Filmin
hər nümayişindən sonra gənc
tamaşaçılarla müzakirəsi aparılıb.
Nümayişlərin keçirilməsində əsas məqsəd
gənc nəsildə vətənpərvərliyin təbliği
ilə yanaşı, gənc kinematoqrafçılar və
onların işləri, müasir Azərbaycan kinosu ilə gənc
və yeniyetmələri yaxından tanış etmək, gənc
nəsildə xüsusilə sənədli kino mədəniyyətinin
formalaşmasına töhfə vermək idi. Layihə öz məqsədinə
4 xüsusi nümayişlə 214 nəfər gənc
tamaşaçıya filmi təqdim etməklə nail olub.
Filmin quruluşçu rejissoru Murad Allahverdi, produserləri
Afaq Yusifli, Murad Allahverdi, Nicat Dadaşov, Tural Əhmədsoy,
quruluşçu operatorları Oktay Namazov, Murad Allahverdi, Afaq
Yusifli, xətti produseri Elşad Rzayev, bəstəkarı Nigar
Süleyman, montaj rejissoru Oktay Namazov, səs rejissoru Nadir
Mahmudov, koloristi Edka Kızıltepedir.
“ButaFilm” istehsalı olan film həm də Azərbaycan
Respublikası Kino Agentliyinin “Post-prodakşn mərhələsində
olan film layihələrinə dəstək müsabiqəsinin”
2025-ci il üzrə qalib
iştirakçılarındandır.
Layihə Gənc Film İstehsalçıları
Assosiasiyasının təşkilatçılığı,
ARKA-nın əməkdaşlığı, Biləsuvar rayonu
Gənclər evi, Lənkəran şəhəri Gənclər
Mərkəzi, Sumqayıt şəhəri Gənclər evi, Mədəniyyət
və sənətkarlıq üzrə Bakı Dövlət
Peşə təhsil mərkəzinin təşkilati dəstəyi
ilə həyata keçirilib.
525-ci qəzet .- 2026.- 13 mart (¹10).- S.20.