Azərbaycan dili haqqında
Son zamanlar Azərbaycan dilinin vəziyyəti
haqqında bir çox müzakirələr yə mübahisələr
diqqət çəkir. Belə müzakirələr əsnasında
müxtəlif fikirlər irəli sürülür
bunların bəzisi ilə razılaşmaq olar,
başqaları isə diskussiya mövzusuna çevrilə bilər.
Bu fikirlərdən biri türk dilinin Azərbaycan
dilini pozması, ehtiyacı olmadan bəzi sözlərin dilimizə
daxil edilməsi və bu sayaq iradlardır. Bu fikirlə nisbətən
razılaşmaq olsa da, Azərbaycan dilinə təhlükə
yaratmasını zənn etmirik.
Türk dili və Azərbaycan dili olduqca yaxın dillərdir
və birinin o birisinə zərər verməsi ehtimal edilə
bilməz. İllər boyu dilimizə daxil olan və dili tamamilə
qarmaqarışıq bir söz yığınına
çevirən rus sözləri nədənsə
bütün bu uzun müddət ərzində heç bir tənqid
və etiraz doğurmurdu. Məsələn, "óæå",
"äàæå", "îêàçûâàåòñÿ", "ïðîñòî",
"âîîáùå", "çíà÷èò", " íåóæåëè" (ÍÅÓÆÅHHÈ şəklində)
"âce", "äàâàé" və sairə onlarla rus
sözü Azərbaycan danışıq dilinə çox dərin
şəkildə hopmuş və bir çox adamların, hətta
rəsmi şəxslərin nitqində belə təsadüf
edilir.
Türk kəlmələrinə gəlincə,
"yansımaq", "dəstəkləmək”, “özəl”
və bir sıra başqa sözlər Azərbaycan dilinə
daxil olmuş və burada çox təbii şəkildə
boşluqları doldurmuşdur. Lakin bəzi adamların bir
müddət Türkiyədə qalıb, indi Azərbaycana
qayıtması ilə "mədəniyyət" yerinə
"kültür”, yerli-yersiz "zatən" və s.
işlətməsi heç bir zərurətdən doğmur və
dilə uyğun olmayan elementləri təmsil edir. "Mədəniyyət"
sözü ərəb mənşəli olsa da, Azərbaycan
dilinə tam uyğunlaşmış və dildə olan bir
sıra sözlərlə səsləşir (məsələn;
qətiyyət, səmimiyyət, cəmiyyət və s.).
Bu tipli sözlərin dilimizdə çoxluğu
"mədəniyyət" kəlməsini də azərbaycanca
təbii səsləndirir.
Birinci və ən çox yayılmış pozuntu
fonetik-orfoepik səviyyədə baş verir. Öncələr
yalnız bir regiona xas olan bu tələffüz tərzi indi
çox geniş yayılmış və demək olar ki, Azərbaycan
əhalisinin xeyli faizini əhatə edir. Söhbət
"ç" səsinin "Ö" (rus qrafıkasında
olan) səsi ilə əvəz olunmasından gedir, məsələn,
"çiçək" əvəzinə "öèöək",
"çox" yerinə "öox",
"üçün" yerinə "üöün" və
s. Bu tələffüz tərzi yalnız danışıq
dilində deyil, hətta televiziya aparıcılarının,
müəllimlərin, alimlərin və başqa
ziyalıların da dilində yer almışdır. Bununla
yanaşı, "c" səsinin də dəyişərək
təxminən "dz" ilə əvəz edilməsi
müşahidə olunur. "Cəmiyyət" yerinə
"dzəmiyyət", "Cəmil" yerinə "Dzəmil"
deyənlər də az deyil.
Bəzən "k" yerinə [ç], "g"
yerinə [c], “kələm" yerinə "çələm";
"Nigar" əvəzinə "Nicar" və s.
eşidirik.
Lakin bu hadisə hələ ki, lokal xasiyyət
daşıyır və ümid edək ki, ümumi hal almayacaq.
Əlavə olaraq bir başqa məqama da diqqəti cəlb
etmək istərdik; toplu isimlərə cəm şəkilçiləri
artırmanın yanlış olmağını nəzərdə
tuturam: musiqi, texnika, mebel və s. bu kimi sözlərə -lar,
-lər cəm şəkilçilərinin
artırılması səhvdir, yəni "musiqlər",
"texnikalar", "mebellər" demək düzgün
deyil.
Dilimizdə növ adı bildirən isimlər
vardır. Məsələn, '"Mən bazardan almalar
aldım" yox, "alma aldım" deyirik. Yəni burada cəm
şəkilçisi işlənmir, çünki növ
adı nəzərdə tutulur.
"Texnika" toplu isimdir və burada da cəm şəkilçisi
işlənməsi düzgün deyil. "Müxtəlif
texniki vasitələr", "müxtəlif növ
mebel" deyilməlidir.
Tələffüzlə əlaqədar bir məqamı
da qeyd etmək istərdim. Televiziya ilə
çıxış edənlərin və xüsusilə də
aparıcıların dilindəki qüsurları görməzdən
gəlmək olmaz. Məsələn, "temperatur" yerinə
"tempratur", "sürət" yerinə "surət",
"təchiz" yerinə "təhciz", "layihə"
yerinə "lahiyə" və "lahə" deyilir.
Xüsusi adların tələffüzündəki
qüsurlar daha çoxdur: "Niko" yerinə "Nikol”
(qadın adıdır), "Amerika" əvəzinə
"Amerka", "Ukrayna" əvəzinə
"Ukranya". Hətta məşhur fransız bəstəkarı
Debüssinin adını "Mədəniyyət"
kanalının aparıcısı "Debusya" şəklində
söylədi. "Amplua" sözünü "ampuja",
"kollokvium" sözünü "kollekvium" kimi
söyləyənlər də çoxdur. Yenə də I
kanalın (AzTv) diktoru “memerandum” sözünü, “memerandeum”
şəklində tələfüz edir.
Bütün belə örnəkləri davam etmək
olardı, lakin biz ən gözə çarpanlara, dilin
qaydalarını və ahəngini ən kəskin şəkildə
pozanlara toxunduq.
Fikrimizcə, bu məsələlərə daha dəqiq
və daha operativ televiziya və radio redaktorları, universitet
müəllimləri və ümumiyyətlə, bütün
savadlı adamlar nəzarət etməlidir.
2026 fevral,
Bakı
Fidan RZAYEVA
525-ci qəzet .- 2026.- 13 mart (¹10).- S.16.