Motsartın 270 illiyinə həsr
olunmuş konsert - “Nadir klassik musiqi axşamı”
Yanvarın 7-də Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Akademik Filarmoniyasında Volfqanq Amadey Motsartın
270 illiyinə həsr edilən “Nadir klassik musiqi axşamı”
keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə Əməkdar
artist Əyyub Quliyevin dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestri çıxış edib.
Proqramda solistlər Rəfiqə Quluzadə (piano),
Şərif Bağırov (klarnet), Nina Makarova (mezzo-soprano), Nigar
Cəfərova (soprano), Mahir Tağızadə (bariton), Renata
Abubəkirova (violin) və Rəna Rəhimova (viola)
çıxış ediblər.
525-ci qəzet .- 2026.- 9 yanvar(¹1).-S.13.