İcraçı
direktor: “ARB 24” telekanalında mütəmadi monitorinqlər
keçirilir
Dil böyük siyasi məna daşıyır və
bu gün milli təhlükəsizlik məsələsi kimi dəyərləndirilir.
Bu baxımdan xüsusilə televiziya məkanında dil
normalarına riayət olunması son dərəcə vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri
“Audiovizual mediada Azərbaycan dilinin saflığının
qorunması yeni çağırışlar müstəvisində”
mövzulu elmi-praktik konfransda “ARB 24” telekanalının
icraçı direktoru Radik İsmayılov deyib.
O bildirib ki, televiziya efirində rast gəlinən əsas
problemlər daha çox tələffüz və vurğu ilə
bağlıdır. Xüsusilə xəbər
buraxılışlarında xarici adların və terminlərin
düzgün tələffüzü ilə bağlı məsələlərə
xüsusi diqqət yetirilməlidir.
“Canlı efirdə aparıcıların
danışıq mədəniyyəti və ədəbi dil
normalarına əməl etməsi mühüm əhəmiyyət
daşıyır. Mövcud vəziyyəti yalnız tənqid
etməklə deyil, eyni zamanda, çıxış yolları
göstərməklə düzəltmək
mümkündür. Bu məqsədlə
çatışmazlıqların aradan qaldırılması
üçün “ARB 24” telekanalında mütəmadi olaraq
monitorinqlər keçirilir. Eyni zamanda, orfoepik və orfoqrafik
normalarla bağlı lüğətlər
redaktorlarımıza təqdim edilib. Jurnalistlər isə dil mədəniyyətinin
artırılması məqsədilə mütəmadi təlimlərə
cəlb olunur”,-deyə R.İsmayılov vurğulayıb.
525-ci qəzet .- 2026.- 16 yanvar (¹2).- S.4.