Mirşahin
Ağayev: Prezident İlham Əliyevin Azərbaycan dili ilə
bağlı çıxışları və mövqeyi bizim
üçün əsas yol xəritəsi olmalıdır
Azərbaycan dilinin keçdiyi tarixi yola nəzər
salmaq, onun hansı çətin mərhələlərdən
keçərək bu günə gəlib
çatdığını dərk etmək olduqca vacibdir.
Dilin qorunması yalnız dövlətin deyil, eyni zamanda cəmiyyətin
özündən asılı olan bir məsələdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri
“Audiovizual mediada Azərbaycan dilinin saflığının
qorunması yeni çağırışlar müstəvisində”
mövzulu elmi-praktik konfransda “REAL Təhlil və İnformasiya
Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev deyib.
O qeyd edib ki, Azərbaycan dilinin qorunması məsələsinə
bir çox tərəfdən yanaşmaq lazımdır.
Prezident İlham Əliyevin bu sahəyə münasibəti həyata
keçirilən dövlət siyasətinin mahiyyətini
aydın şəkildə göstərir.
“Biz Azərbaycan dilinin müdafiəsinə Azərbaycan
torpaqlarının müdafiəsi kimi həssas və məsuliyyətli
yanaşmalıyıq. Çünki dil milli kimliyimizin əsas
sütunlarından biridir. Bu baxımdan Prezident İlham
Əliyevin Azərbaycan dili ilə bağlı
çıxışları və mövqeyi bizim
üçün əsas yol xəritəsi olmalı, hər
birimiz bu yol xəritəsinə uyğun şəkildə ana
dilimizin qorunmasına və inkişafına töhfə verməliyik”,-deyə
M.Ağayev bildirib.
525-ci qəzet .- 2026.- 16 yanvar (¹2).- S.4.