Səmimi minnətdarlıq
haqqını qazanmaq
MİNGƏÇEVİR DÖVLƏT
UNİVERSİTETİ TƏHSİL
MÜHİTİMİZDƏ VƏ
TƏLƏBƏLƏRİNİN HƏYATINDA
ÖNƏMLİ ROL OYNAYIR
Mənim ali təhsil yolum mərhələli və
çoxşaxəli şəkildə formalaşıb.
İlk olaraq Azərbaycan Dövlət Aqrar Universitetində
bakalavr pilləsi üzrə təhsil almış, daha sonra həmin
istiqamət üzrə magistratura səviyyəsini uğurla
başa vurmuşam. Bununla yanaşı, yaradıcılıq
sahəsinə olan marağım məni bu istiqamət üzrə
fəaliyyət göstərən ayrıca bir ali təhsil
müəssisəsində təhsil almağa sövq etmiş
və Mədəniyyət Nazirliyi ilə Azərbaycan
Yazıçılar Birliyinin birgə təsis etdiyi Gənc
Ədiblər Məktəbində, onunla paralel olaraq Bakı
Slavyan Universitetində "Yaradıcılıq" fakültəsində
təhsil almışam.
Akademik biliklərimi daha da zənginləşdirmək,
idarəetmə sahəsində nəzəri və praktiki
bacarıqlarımı inkişaf etdirmək məqsədilə
hazırda Mingəçevir Dövlət Universitetində
"Dövlət və bələdiyyə idarəetməsi"
ixtisası üzrə təhsil alıram. Bu təhsil mərhələsi
mənim üçün yalnız yeni biliklərin əldə
edilməsi deyil, eyni zamanda analitik düşüncə,
strateji yanaşma və ictimai idarəetmə sahəsində
peşəkar formalaşma baxımından ciddi əhəmiyyət
kəsb edir.
Universitet yalnız auditoriyalardan və imtahanlardan ibarət
deyil. O, gənc nəslin düşüncəsinin
formalaşdığı, şəxsiyyətin yetişdiyi və
gələcəyin qurulduğu bir elm ocağıdır. Bu
müqəddəs məkanın əsas dayaqları isə
şübhəsiz ki, onun rəhbərliyi və müəllim
heyətidir.
Universitetimizin rektoru Anar Eminov təhsil prosesinə
yenilikçi baxışı, tələbələrə
olan diqqət və qayğısı, eləcə də elmə
verdiyi dəyər ilə seçilən bir rəhbərdir.
Onun rəhbərliyi altında universitetimiz yalnız bilik verən
deyil, eyni zamanda sağlam düşüncəli, məsuliyyətli
və vətənpərvər gənclər yetişdirən
bir təhsil müəssisəsinə çevrilib.
Mingəçevir Dövlət Universitetində təhsil
prosesinin yüksək səviyyədə təşkili və
səmərəli həyata keçirilməsi universitet rəhbərliyinin
və müəllim heyətinin peşəkar fəaliyyətinin
nəticəsidir. Bu baxımdan rektor Anar Eminovun ali təhsilin
inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü
fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun rəhbərliyi
altında universitetdə müasir təhsil mühiti
formalaşdırılıb, tələbəyönümlü
yanaşma və keyfiyyətli tədris prinsipləri uğurla
tətbiq edilib.
Eyni zamanda Ömür Boyu Təhsil Məktəbinin direktoru
Vəfa Məhərrəmovanın təşkilatçılıq
bacarığı və məsuliyyətli yanaşması təhsil
proqramlarının effektiv icrasında mühüm rol
oynayıb. Tədris prosesində tələbələrə
daim dəstək göstərən, səmimi münasibəti
və gülərüzlülüyü ilə seçilən
tyutor Nuranə Əlizadənin də xidmətləri təqdirəlayiqdir.
Təhsil müddətində müxtəlif fənlərin
yüksək səviyyədə tədrisini həyata
keçirən müəllimlər də xüsusi təşəkkürə
haqq qazanıblar. Hacıyev Azər "Mikroiqtisadiyyat" fənnini
özünəməxsus və anlaşılan metodlarla tədris
edib, Əliyeva Təranə "Karyera planlaması" fənninə
maraq yaradıb, Quliyeva Şəlalə "Siyasi elmin əsasları"nı
elmi əsaslarla öyrədib, Nurlana Hüseyn isə
"İnsan resurslarının idarə olunması" fənnini
mükəmməl şəkildə izah edib.
Adları qeyd olunan ziyalılar öz bilik və təcrübəsini
əsirgəmədən bölüşərək tələbələrin
həm nəzəri biliklərinin, həm də praktiki
bacarıqlarının formalaşmasına dəyərli
töhfələr veriblər. Onların əməyi təhsil
alanların gələcək peşəkar inkişafında
mühüm rol oynayır.
Müəllimlərimiz bu böyük yolun səssiz,
lakin əvəzsiz qəhrəmanlarıdır. Onların
peşəkarlığı və tələbələrə
fərdi yanaşması ilə, dərin elmi bilikləri və
izahlı dərs metodu ilə, səmimiyyəti və
motivasiyaedici münasibəti ilə yadda qalır.
Çünki hər biri yalnız fənn tədris etmir, eyni
zamanda tələbələrə həyat dərsi verirlər.
Bu müəllimlər öz bilik və təcrübələrini
əsirgəmədən bölüşür, tələbələrin
yalnız akademik deyil, mənəvi inkişafına da ürəkdən
çalışırlar. Onların səyi nəticəsində
tələbələr tənqidi düşünməyi, məsuliyyət
daşımağı və özünə inanmağı
öyrənir.
Bu münasibətlə Mingəçevir Dövlət
Universitetinin rəhbərliyinə, müəllim heyətinə
və tədris prosesində əməyi olan bütün şəxslərə
dərin təşəkkür bildirilir, onlara gələcək
fəaliyyətlərində uğurlar arzulayıram!
Ramil MƏRZİLİ
Azərbaycan Yazıçılar Birliyinin və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü
525-ci qəzet .- 2026.- 30 yanvar (№4).- S.22.