Akademik Musiqili
Teatrın fevral repertuarı
Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının 2026-cı ilin ikinci ayında repertuarı zəngindir.
Bu barədə teatrdan məlumat verilib.
Fevralın 1-də teatrın səhnəsində musiqi
müəllifi P.Bülbüloğlu, libretto müəllifi
M.Şerbaçenko olan “Nəğməmə inan” (rus dilində)
tamaşası göstəriləcək.
6 fevralda “Qızıl toy” (O.Kazımi, R.Heydər)
musiqili komediyası, ertəsi gün kiçik səhnədə
“Killerdən teleqram” (P.Seyidli), əsas səhnədə isə
“Kimdir müqəssir?” (Ə.Haqverdiyev) tamaşaları təqdim
olunacaq.
Fevralın 8-də səhnədə “Beşmanatlıq
gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) musiqili komediyası
olacaq.
Musiqili Teatrın repertuarına yenicə daxil olan “Zal
qızı Zalxa” tamaşasının 13 fevralda növbəti
nümayişi nəzərdə tutulub. Qeyd edək ki, Əli
Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında
yeni quruluşda (rejissor Samir Qulamov) hazırlanan və bəstəkarı Cavanşir Quliyev olan musiqili
komediyanın premyerası 30-31 yanvar tarixlərində olacaq.
Bundan əlavə, ay ərzində “Sevənlərindir
dünya” (Ə.Pəhləvan), “Bəxtiyar” (T.Quliyev), “Paris
Notr-Dama ithaf” (V.Hüqo) və s. tamaşalar teatrsevərləri
gözləyir.
Musiqili Teatr balaca tamaşaçıları da
unutmayıb. Fevral ayında şənbə və bazar günləri
“Yatmış gözəl və cırtdanlar”,
“Qımızı papaq” (rus dilində), “Bremen musiqiçiləri
və Pen” və s. maraqlı uşaq tamaşaları repertuarda
yer alıb.
525-ci qəzet .- 2026.- 30 yanvar (¹4).- S.16.