Nurəddin Qənbərin yeni kitabı nəşr edilib

 

"Bakı-Şirvannəşr"də yazıçı-cərrah Nurəddin Qənbərin "Yazdıqlarım həyatımdır" adlı kitabı çap olunub. Kitabda yazıçının müxtəlif illərdə yazdığı hekayə, oçerk məqalələri, eləcə əsərləri haqqında yazılmış rəylər, resenziyalar, şeirlər toplanıb. Kitaba yazıçının son illərdə qələmə aldığı "Yağlıvənd gölündə faciə" pyesi daxil edilib. Mustafa Çəmənlinin redaktorluğu ilə işıq üzü görən kitabda böyük sənətkar Məmməd Arazın "Xalq müdrikdir, yanılmaz", M.Çəmənlinin "Nurəddin Qənbərin romanları", Vaqif Yusiflinin "Söz sağalda bilər", "Təndir çörəyinin ətri", Baba Vəziroğlunun "Qara söyüd", "Yaralı qağayı", Fərman Kərimzadənin "Ürəkdə tikişlər" adlı məqalələri öz əksini tapıb.

Bu məqalələr Nurəddin Qənbərin yaradıcılığına güzgü tutmaq, onun nəsrinin bədii məziyyətlərini əks etdirmək baxımından maraqlıdır.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 1 aprel.- S.7.