Borçalının keçmişinə gələcəyinə daha bir baxış

 

"Adiloğlu" nəşriyyatında "Borçalı -dünən, bu gün, sabah" kitabı nəşr olunub. Kitabda Gürcüstanın Borçalı ona bitişik bölgələrdə tarixən məskunlaşmış türklərin keçmişi, etnoqrafiyası araşdırılıb. 1980-ci illərin sonlarından başlanan etnik proseslərin çeşidli istiqamətləri, ortaya çıxan problemlər təsvir edilərək onların həlli yolları barədə fikirlər açıqlanıb. Kitabda yer alan "Etno geosiyasi durum", "Diskriminasiyanın ideoloji cəhətdən əsaslandırılması", "Toponomik islahatlar", "Borçalıda erməni təxribatları", "H.Əliyev E. Şevardnadze dostluğu mərhələsi" , "Borçalı türklərinin təhsil problemləri" məqalələrində sözügedən məsələlərə aid geniş şərhlər verilib. Kitabın məsləhətçisi Gültəkin Hacıbəyli, layihənin rəhbəri Kamran Ramazanlı, ekspert Xaləddin İbrahimlidir.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 1 aprel.- S.7.