Yevlaxda elektron kitabxana istifadəyə verilib

 

Bugünlərdə Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə bir qrup mədəniyyət işçisi media nümayəndəsi Yevlax şəhərinə səfər ediblər. Əvvəlcə Yevlaxdakı Heydər Əliyev prospektində Mərkəzi Elektron Kitabxananın açılışı olub. Açılış mərasimində Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, ölkə başçısı tərəfindən elmə, təhsilə, idmana, mədəniyyətə digər sahələrə göstərilən qayğıdan danışıb. O, dövlət başçısının iştirakı ilə burada bir sıra mühüm sosial obyektlərin - Uşaq Xəstəxanasının, Xalq Teatrı binasının, Şahmat Məktəbinin, İxrac Neft Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin Yevlax regional şöbəsinin şəxsi heyəti üçün inşa edilmiş yaşayış binasının yerli televiziya şirkətinin istifadəyə verildiyini xatırladıb. E.Vəliyev bildirib ki, rayonda həyata keçirilmiş bütün genişmiqyaslı layihələr, sosial, iqtisadi, mədəni sahədə qazanılan nailiyyətlər əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına xidmət edir.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycanın bütün regionlarında böyük canlanmanın hiss olunduğunu, hər yanda genişmiqyaslı layihələrin həyata keçirildiyini bildirib və əlavə edib ki, yüksəliş, tərəqqi, sürətli inkişaf Yevlaxda daha çox hiss olunur: "Çox böyük iftixar hissi ilə söyləyə bilərəm ki, Yevlax şəhəri respublikamızda tanınmış mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bu rayonda 12 məktəbəqədər uşaq müəssisəsi, 2 musiqi məktəbi, 10 mədəniyyət evi, 25 klub, 42 kitabxana, xalq teatrı, müxtəlif peşə məktəbləri və orta ümumtəhsil məktəbləri fəaliyyət göstərir. İnanıram ki, bu gün açılışında iştirak etdiyimiz elektron kitabxana da burada elmin, mədəniyyətin inkişafına öz töhfəsini verəcək".

Çıxışlardan sonra elektron kitabxanaya baxış keçirilib. İkimərtəbəli binada yerləşən, ən müasir avadanlıqlarla təchiz edilən bu yeni mədəniyyət müəssisəsinin zəngin kitabxana fondu var. Buradakı bütün ədəbiyyatlar elektron kataloqlarda yerləşdirilib. Kitabxanada geniş konfrans və oxucu zalları, o cümlədən sürətli internetə çıxış imkanı olan 19 kompyuter var.

Elektron kitabxananın açılışından sonra Xalq Teatrının səhnəsində Azərbaycan Dövlət Pantomima Teatrı aktyorları tamaşaya nümayiş etdiriblər. Günün ikinci yarısında isə Yevlax şəhərindəki Heydər Əliyev adına Sarayda konsert proqramı keçirilib.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2009.- 3 aprel.- S.7.