Ramiz Əyyub Quliyevlərin Polşada konserti olacaq

 

Aprelin 17-də Polşanın Koşalin şəhərində Stanislav Monyuşka adına Dövlət Filarmoniyasının Böyük Zalında Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev və beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev Koşalin Dövlət Filarmonik Orkestri ilə birgə konserti keçiriləcək. Həmin gecə Ə.Quliyevin dirijorluğu altında Koşalin Filarmonik Orkestri dahi bəstəkarlar Vaqner və Bethovenin simfonik əsərlərini ifa edəcək. Bununla yanaşı, Koşalin şəhərində ilk dəfə olaraq Ramiz Quliyevin ifasında Azərbaycan bəstəkarları Hacı Xanməmmədov və Həsən Rzayevin tar və simfonik orkestr üçün yazılmış əsərləri səslənəcək.

Aprelin 24-də isə Polşanın Çestokova şəhərinin Dövlət Filarmoniyasında böyük bəstəkar Mendelsonun 200 illiyinə həsr olunmuş təntənəli konsert keçiriləcək. Mendelsonun əsərlərindən ibarət konsert proqramını idarə etmək istedadlı gənc dirijor Əyyub Quliyevə həvalə olunub.

 

 

  525-ci qəzet.- 2009.- 7 aprel.- S.7.