Milli Dram Teatrı Moskvada fəxri diploma layiq görülüb

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Moskvada keçirilən Beynəlxalq Teatr Sərgi-Yarmarkasında iştirak edib. Bu barədə məlumatda bildirilir ki, sərgi-yarmarkada Milli Dram Teatrına həsr edilmiş stenddə son bir neçə il ərzində ən uğurlu tamaşaların afişa proqramları, eləcə videoyazıları nümayiş olunub.

İştirakçıların böyük maraqla qarşıladığı Azərbaycan Milli Dram Teatrının stendi ilə çox saylı teatr peşəkarı, həmçinin Rusiya prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri M.Şvıdkoy, "Qızıl Maska" festivalının baş direktoru M.Revyakina da tanış olublar.

Görüşdə Azərbaycan Rusiya teatrları arasında əlaqələrin bərpası möhkəmlənməsinin vacibliyi vurğulanıb.

Beynəlxalq tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı fəxri diplomla təltif edilib.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 10 aprel.- S.7.