"40- qapı"nın qızıl mükafatı

 

Aprelin 26-da 42-ci Beynəlxalq Hyuston Kinofestivalının nəticələri açıqlanıb. Kinofestivalda Azərbaycanı təmsil edən "40- qapı" bədii filmi "Ən yaxşı xarici film" nominasiyası üzrə qızıl mükafata layiq görülüb. Bakı Şəhər Mədəniyyət Turizm idarəsindən verilən məlumata görə, festivalda filmin rejissoru Elçin Musaoğlu iştirak edib.

"40-cı qapı" bədii filmi dövlət sifarişi ilə "Ritm production"da çəkilib. Filmin prodüseri "Ritm production"ın Xaqani Savalan, ssenari müəllifi rejissoru Elçin Musaoğludur. Baş rolları Həsən Səfərov, Rövşən Ağayev, Gülər Nəbiyeva başqaları ifa ediblər.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 28 aprel.- S.7.