Şirməmməd Hüseynovun 85 illik yubileyi qeyd edilib

 

Dünən Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuatımızın yorulmaz araşdırıcısı, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun 85 yaşı tamam olub. Bu məqsədlə Bakı Dövlət Universitetində yığıncaq keçirilib. Tədbiri açıq elan edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov yubiliyarı təbrik edərək, onun mətbuat tariximizdəki xidmətlərindən danışıb: “Azərbaycan jurnalistikasında yaşayaraq adını mətbuat tarixinə həkk edən professor Şirməmməd Hüseynovu elm, ziyalılıq, təhsil müstəvisində özümüzə nümunə bilirik. Böyük maraqlı ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan mətbuat tarixinin ən önəmli olaylarının canlı şahidinə çevrilib. Şirməmməd Hüseynov Moskva Dövlət Universitetində jurnalistika sahəsində elmlər namizədi adı alan ilk azərbaycanlıdır. Azərbaycan mətbuat tarixi əsas tədqiqat sahəsi olsa da, Şirməmməd Hüseynov bütövlükdə jurnalistikanın inkişafına, bugünkü kadrların yetişməsinə böyük töfhə vermiş şəxsiyyətlərdəndir. Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların arasında onun adı ön cərgədə çəkilir”. Yubilyar Fəxri fərman Elmi Şuranın qərarı ilə xüsusi medalla təltif edilib. Kəmalə TOFİQQIZI Şirməmməd Hüseynovun 85 illik yubileyi qeyd edilib Dünən Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuatımızın yorulmaz araşdırıcısı, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun 85 yaşı tamam olub. Bu məqsədlə Bakı Dövlət Universitetində yığıncaq keçirilib. Tədbiri açıq elan edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov yubiliyarı təbrik edərək, onun mətbuat tariximizdəki xidmətlərindən danışıb: “Azərbaycan jurnalistikasında yaşayaraq adını mətbuat tarixinə həkk edən professor Şirməmməd Hüseynovu elm, ziyalılıq, təhsil müstəvisində özümüzə nümunə bilirik. Böyük maraqlı ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan mətbuat tarixinin ən önəmli olaylarının canlı şahidinə çevrilib. Şirməmməd Hüseynov Moskva Dövlət Universitetində jurnalistika sahəsində elmlər namizədi adı alan ilk azərbaycanlıdır. Azərbaycan mətbuat tarixi əsas tədqiqat sahəsi olsa da, Şirməmməd Hüseynov bütövlükdə jurnalistikanın inkişafına, bugünkü kadrların yetişməsinə böyük töfhə vermiş şəxsiyyətlərdəndir. Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların arasında onun adı ön cərgədə çəkilir”. Yubilyar Fəxri fərman Elmi Şuranın qərarı ilə xüsusi medalla təltif edilib.

 

 

Kəmalə TOFİQQIZI

 

525-ci qəzet.- 2009.- 18 dekabr.- S.2.