Şaiqanə yad etadlı sayt yaradılıb

 

Görkəmli şair-publisist, yazıçı-pedaqoq, maarifçi-alim Abdulla Şaiqin mənzil-muzeyində ədibin vəfatının 50 illiyinə həsr olunmuş tədbir keçirilib. Muzeyin elmi işçisi Arzu Hacızadənin verdiyi məlumata görə, tədbir iştirakçılarına Abdulla ŞaiqinŞaiqanə yad etadlı yeni veb-saytı (www.abdullashaiq.com) təqdim edilib.

Muzeyin direktoru Ülkər Talıbzadə saytın yaranmasında muzeyə yaxından yardım etmiş “İT service” MMC-nin rəhbərliyinə, Dövlət Mədəniyyət İncəsənət Universitetinin müəllim tələbələrinə minnətdarlığını bildirib: “Saytın yaradılmasında əsas məqsəd Abdulla Şaiq irsinin yayılması, onun maarifçi ideyaları, ədəbiyyat haqqında yazıları əlbəttə ki, bədii yaradıcılığının gənc nəslə çatdırılmasıdır”.

Mədəniyyət İncəsənət Universitetinin baş müəllimi Nəzirə Əliyeva layihənin yaranma tarixi xüsusiyyətlərilə bağlı məlumat verərək qeyd edib ki, istifadəçilər Abdulla Şaiqin həyatı yaradıcılığı haqqında internetdə yerləşdirilmiş informasiya blokları ilə tanış olacaq, ədibin sözlərinə yazılmış mahnılar dinləyəcəklər.

Tədbirdə saytı yaradan “LT service” MMC şirkətinin nümayəndələrindən Şahmar Bayramlı Toğrul Bayramlı, Sevda Əhmədova, Gülər İsmayılova, Hüseyn Yusifov, Səadət Qarabağlı, Rasim Nəbioğlu çıxış ediblər.

Saytın müəllifləri Abdulla Şaiqin Mənzil Muzeyinin fəxri fərman xatirə əşyaları ilə mükafatlandırılıblar.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 10 dekabr.- S.7.