Rəşid Behbudov yad edilib

 

Dekabrın 14-ü Azərbaycan musiqi tarixinin önəmli simalarından biri, mərhum müğənni Rəşid Behbudovun doğum günüdür. APA-nın məlumatına görə, 94 illiyilə əlaqədar sənətkarın məzarı ziyarət olunub. Ziyarətdə Rəşid Behbudovun qızı Rəşidə Rəşid, onun adını daşıyan Dövlət Mahnı Teatrının rəhbərliyi kollektivi, eləcə bir sıra tanınmış müğənnilər iştirak ediblər. R.Behbudovun qəbirüstü abidəsi önünə gül dəstələri qoyulub. Axşam isə Dövlət Mahnı Teatrında sənətkarın doğum gününə həsr edilmiş konsert proqramı təşkil olunub. Qeyd edək ki, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflis şəhərində xanəndə Məcid Behbudalıoğlunun ailəsində dünyaya gəlib. 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı rəhbəri olub. 1966-cı ildən musiqi estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib ömrünün sonunadək onun solisti bədii rəhbəri kimi çalışıb. SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı adları ilə təltif olunan sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.

 

 

525-ci qəzet.- 2009.- 15 dekabr.- S.7.