Yazıçılar Birliyi milli dəyərlərin təbliğində müstəsna rol oynayıb

 

“BU 75 İLDƏ BİRLİYİN ƏDƏBİ ORQANLARI MİLLİ MƏNLİYİMİZİN VƏ DİLİMİZİN KEŞİYİNDƏ DAYANIB”

 

Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) Ədəbiyyat qəzeti”nin 75 illik yubileyi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə AYB-nin fəaliyyətini əks etdirən videofilm nümayiş olunub. Giriş sözü ilə çıxış edən baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev Birliyin Azərbaycan ədəbiyyatının inkişafında milli mənəvi dəyərlərin təbliğində müstəsna rol oynadığını bildirib: “Azərbaycan ədəbiyyatının son 75 ildəki ən yaxşı nümunələri məhz AYB-nin ədəbi orqanlarında nəşr olunub. Bu ədəbi orqanlar milli mənliyimizin dilimizin keşiyində dayanıb. Azərbaycan xalqının özünüifadəsində bunun tariximizin sovet dönəmi kimi mürəkkəb ziddiyyətli bir dövründə milli özünütəsdiqə gətirib çıxarmasında AYB-nin ciddi, bəzi məqamlarda isə həlledici rolu olub”. E.Əfəndiyev dövlətin AYB- böyük diqqət qayğıyla yanaşdığını qeyd edib: “Yazıçılar Birliyinin qorunub saxlanmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndərin ədəbiyyatımıza diqqəti sayəsində təşkilatın ədəbi orqanları dövlət büdcəsindən maliyyələşdirilir. Bu gün yaşa dolmuş onlarla yazıçımız dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə prezident təqaüdü alır. Eyni zamanda, onlarla yaşlı gənc yazıçıya, şairə prezident mükafatı verilir. Dövlətimizin başçısının təşəbbüsü ilə AYB-nin binası müasir üslubda əsaslı şəkildə təmir edilib. Yazıçılar Birliyinin 75 illiyinə həsr olunmuş silsilə tədbirlər prezidentin müvafiq sərəncamı ilə həyata keçirilir. Bütün bunlar dünyanın heç bir ölkəsində bənzəri olmayan nadir hadisələrdir”.

Tədbirdə çıxış edən AYB-nin sədri, xalq yazıçısı Anar Birliyin tarixi inkişaf yolundan söz açıb. AYB rəhbəri dünyanın otuza yaxın ölkəsinin tanınmış ədəbiyyat nümayəndələrinin iştirakı ilə keçirilənSərhədsiz söz” III Beynəlxalq Bakı Forumunun artıq başa çatdığını bildirib.

Anar AYB-nin bölgələr üzrə 11 filialının olduğunu vurğulayıb, hazırda qurumda ədəbi orqanlarla yanaşı, tərcümə ədəbi əlaqələr mərkəzinin fəaliyyət göstərdiyini deyib. AYB sədri yubiley ərəfəsində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib: “Tədbirlər planına uyğun olaraq Yazıçılar Birliyinin fəaliyyəti dövründə quruma rəhbərlik etmiş yazıçı şairlərin, ədəbiyyatımızı zənginləşdirən qələm sahiblərinin həyat fəaliyyətlərindən bəhs edən dərgilər nəşr olunub, qurumun saytına yeni internet portalı əlavə edilib rus dilində üçcildlik Azərbaycan poeziyası antologiyası hazırlanıb. Son illərdə Azərbaycan yazıçılarının dünyanın müxtəlif ölkələrində əsərləri çap olunur. Bu istiqamətdə gələcəkdə ardıcıl işlər görüləcək”.

Anar AYB-nin yaşıdı olanƏdəbiyyat qəzeti”nin fəaliyyətini yüksək qiymətləndirib: “Ədəbiyyat qəzeti”nin gənc istedadların üzə çıxmasında böyük xidmətləri olub”.

Tədbirdə görkəmli qazax şairi alimi, ictimai-siyasi xadim Oljas Süleymenov başqaları Azərbaycan Yazıçılar Birliyini, onun ədəbi orqanı olanƏdəbiyyat qəzeti”ni 75 illik yubiley münasibətilə təbrik ediblər.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 18 dekabr.- S.7.