İncəsənət Muzeyinə Üzeyir Hacıbəyli ilə bağlı kitablar təqdim olunub

 

MUZEYƏ HƏDİYYƏ VERİLƏN KİTABLARI HEYDƏR ƏLİYEV FONDU NƏŞR ETDİRİB

 

Bu günlərdə R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin kitabxanasına Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş yeni kitablar hədiyyə verilib. Altı nəşrdən ibarət kitab dəstində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyat yaradıcılığı geniş şəkildə şərh olunub. "Ömür salnaməsi" adlı kitabda sənətkarın həyat yolu biblioqrafik şəkildə, "Bədii publisistik əsərləri" kitabında isə tarixi-xronoloji ardıcıllıqla qəzet jurnallarda çap edilmiş yazıları yer alıb. Sənətkarın "Leyli Məcnun", "Koroğlu", "Arşın mal alan" "O olmasın, bu olsun" əsərlərinin notları ayrılıqda nəşr edilib. "Muğam ensiklopediyası" adlı digər kitab dəstinin ilk kitabında ensiklopedik məlumatlar verilirsə, digərlərinə, ustad sənətkarlardan başlayaraq, milli muğam sənətimizi yaşadanların ifaları yazılmış disklər daxildir.

 

MÜRVƏTQIZI,  S.

 

525-ci qəzet.-2009.-11 fevral.-S.7.