Oğuzda qədim dövrə aid əşyalar tapılıb

 

Oğuzun Kərimli kəndinin ərazisində eramızdan əvvəlki minilliklərə aid qədim əşyalar tapılıb. Kərimli bələdiyyəsindən verilən məlumata görə kurqanlarda aparılan arxeoloji qazıntılar zamanı regionun tarixinin öyrənilməsi üçün maraqlı materiallar üzə çıxarılıb. Kurqanlarda gildən düzəldilmiş quş ilan fiqurları, eramızdan əvvəlki minilliklərə aid 100-ə qədər qab, mis, tunc sümükdən hazırlanmış ox ucları, tunc misdən hazırlanmış əşyalar aşkarlanıb.
   

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.-2009.- 24 fevral.- S.7.