Məşhur müğənni Lüdmila Zıkina dünyasını dəyişib

 

Rusiyanın görkəmli sənətkarı, SSRİ Azərbaycanın xalq artisti Lüdmila Zıkina dünən vəfat edib. APA-nın Rusiyanın "Birinci kanal"ına istinadən verdiyi məlumata görə, müğənninin ölümünə bir neçə gün əvvəl keçirdiyi infarkt səbəb olub.

Xatırladaq ki, ötən ay L.Zıkinanın 80 illiyi yubileyi təntənə ilə qeyd olunmuşdu. Müğənninin yaxın zamanda Rusiya şəhərlərinə və MDB ölkələrinə silsilə səfərlərə çıxaraq, ardıcıl konsertlər verməsi nəzərdə tutulurdu.   

 

 

525-ci qəzet.- 2009.- 2 iyul.- S.7.