Alim yazıçı Mehdixan Vəkilovun şəxsi sənədləri Ədəbiyyat İncəsənət Arxivinə verilib

 

Bu günlərdə Cavanşir Vəkilov atası - tanınmış alim yazıçı, Mehdixan Vəkilovun şəxsi sənədlərinin qorunub saxlanması məqsədilə Salman Mümtaz adına Dövlət Ədəbiyyat İncəsənət Arxivinə təqdim edib. Arxivdən verilən məlumata görə, təhvil verilən 500-dən artıq sənədin arasında "Azərbaycanda mədəni inqilab" dissertasiyası, "Cavanşir" romanı, "Ana dillər" povesti, "Ömür dedikləri bir karvan yolu" memuarı, həmçinin mədəniyyət tariximizin müxtəlif sahələrinə aid elmi və publisistik məqalələrin əlyazmaları, M.Vəkilovun müasirləri, ailə üzvləri, müxtəlif görüşlərdə çəkdirdiyi fotoşəkillər yer alıb.

 

  

SARA

 

525-ci qəzet.- 2009.- 3 iyul.- S.7.