Səlim Babullaoğlunun Ukraynada kitabı çap olunub

 

Şair Səlim Babullaoğlunun Ukraynada kitabı işıq üzü görüb. "Maskalı adamların himni" adlı şeirlər kitabı ölkənin məşhur "Fakt" nəşriyyatında, Ukrayna yanacaq energetika nazirinin müavini Burzu Əliyevin dəstəyilə nəşr olunub. "Kiyevskaya Rus" jurnalının kitabxanası seriyasından hazırlanan kitabın ön söz müəllifi dərginin baş redaktoru Dimitro Stusdur.

Şeirləri Ukrayna dilinə Mariyanna Kenlovsakaya, Vasul Gerasimyuk, Aleksey Zoroxsoviç, Sergey Qrabar çevirib. Qeyd edək ki, bundan əvvəl S.Babullaoğlunun Türkiyədə "İyunda oxunan nəğmələr", Polşada "Ürək döyüntüsünə ithaf" İranda "Küləyə qarşı gedən qadın" kitabı çıxıb.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 4 iyul.- S.23.