Almaniyada Nuridə Atəşinin "Od qızı" adlı kitabı çıxıb

 

Bugünlərdə Almaniyanın "K.Fişer" nəşriyyatının nəzdindəki "Deutsche Lurik Verlag"da şairə Nuridə Atəşinin "Od qızı" ("Feuertochter") kitabı işıq üzü görüb. Kitaba nəşriyyat tərəfindən yazılan giriş sözündə N.Atəşinin alman poeziyasına gətirdiyi Qafqaz temperamenti, klassik şərq poeziyası elementləri özünəməxsus orijinal düşüncə tərzindən bəhs edilir. Şairənin 15-ci kitabı olan bu nəşrdə müəllifin alman dilində qələmə aldığı müxtəlif şeirlər, mahnı mətnləri qəzəlləri yer alıb.

 

    

SARA

 

525-ci qəzet.- 2009.- 8 iyul.- S.7.