Tofiq Bakıxanovun "Türk rapsodiyası" işıq üzü görüb

 

Tanınmış bəstəkar, xalq artisti Tofiq Bakıxanovun skripka fortopiano üçün "Türk rapsodiyası" əsəri onun partiturası kitab şəklində çap edilib. Türkiyənin Azərbaycandakı səfirliyinin köməyi ilə çap olunan əsəri müəllif 1997-ci ildə yazıb. Milli Konservatoriyanın dosenti, sənətşünaslıq namizədi, musiqişünas Fəttah Xalıqzadənin bəstəkarın həyat yaradıcılığı ilə bağlı geniş ön söz yazdığı kitab Nizami Zöhrabinin bədii redaktorluğu ilə nəşr olunub. Ön söz Azərbaycan Türkiyə türkcəsində, həmçinin ingilis dilində verilib.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 9 iyul.- S.7.