"Çağdaş Azərbaycan ədəbi qurumları" kitabı çap olunub

 

Bugünlərdə "Turan Evi" nəşriyyatında "Çağdaş Azərbaycan ədəbi qurumları" adlı kitab işıq üzü görüb. Kitab Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair Əkbər Qoşalı tərəfindən tərtib olunub. Tərtibçinin verdiyi məlumata görə, sözügedən toplu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Yeni nəsil Azərbaycan ədəbiyyatının təbliği" layihəsi əsasında çap edilib. Nəşrdə ölkədəki peşəkar ədəbi yaradıcılıqla məşğul olan şəxsləri birləşdirən qurumlar, ədəbi jurnallar, qəzetlər və vebsaytlar barədə məlumatlar yer alıb. Nəşrdə həmçinin ədiblərin ev muzeyləri, ədəbiyyatşünaslıq üzrə ixtisaslaşmış elmi tədqiqat ocaqları, ədəbi mükafatlar, eləcə də repressiya qurbanı olmuş yazıçı və şairlər barədə məlumatlar toplanıb.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 23 iyul.- S.4.