Azərbaycanlı jurnalistin Kiyevdə kitabı çıxıb

 

Kiyevdə azərbaycanlı jurnalist Qaraş Tağıyevin kitabı işıq üzü görüb. Mədəniyyət Turizm Nazirliyinin məlumatına görə, kitabda Q. Tağıyevin Ukrayna KİV-ində çap olunmuş ayrı-ayrı məqalələri, müsahibələri, tərcümələri müxtəlif illərdə qələmə aldığı lirik əsərləri toplanıb. Yazıların bəzilərində müəllif Ukrayna-Azərbaycan əlaqələrinin siyasi-mədəni yönlərini, Azərbaycan diasporunun fəaliyyətini tədqiq edib. Kitabdakı yazılar Azərbaycan, rus ukrayna dilində dərc olunub.

Azərbaycanda Mətbuat Gününə həsr olunan kitabın təqdimatının yaxın günlərdə keçirilməsi nəzərdə tutulub.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 25 iyul.- S.23.