"Gün gelir sen de yorulursun yaşamakdan"

 

"Gün gelir sen de yorulursun yaşamaktan

Alnında kırışlar açılır derin-derin

Gün gelir bütün sevdiklerin çekilir gider

Bak o zaman sen bana benzersin!"

 

Şeiri dinləyə-dinləyə divardan asılmış təqvimə doğru boylanıram. Düz 20 gündür ki, vətənimdən dostlarımdan ayrı düşmüşəm.

Qulaqlarımdakı duyğu təcrübə dolu səs, Tofiq qardaşımın, yəni, Tofiq Abdinin səsi... "525-ci qəzet"in redaktorlarının otağındayıq o mənim üçün Aytən Aydəmirin şeirini oxuyur: "Gün gelir sen de yorulursun yaşamakdan". Yaşamaq, yorulmaq... Sevdiklərimin hər biri qatar fiti kimi içimdə üsyan edirlər. zaman yaşadım, zaman yoruldum, zaman sevdim, zaman ayrıldım, bilmirəm. Doğrusu, düşünməyə halım da yoxdur. Həmişə olduğu kimi həmin anda da şair Göktürk Mehmet Uyturun yazdığı kimiyəm:

 

   "Bir tarafım bahar, bir tarafım kış

   Yılları geride bıraktı yaşım

   Efkar çizgi-çizgi ve nakış-nakış

   Kucaklamış beni dönüyor başım".

 

Bu baş fırlanması, bu sərxoşluq, bu həyatın cızığından davamlı çıxmaq, bu üsyan, ruhumu darmadağın edir. Düşüncələrim Tofiq qardaşımın gənc qalmış simasında onun misralar süzülən dodaqlarında... Tofiq bəy gözəl şair olmasına o qədər şeir yazmasına baxmayaraq niyə öz şeirini deyil, məhz bu şeiri deyir? Yaşamaqdanmı, alnındakı qırışlardanmı, yoxsa sevdiklərinin onun atıb getməsindənmi şikayətlənir? Yoxsa mənə başqa şeylər demək istəyir? Bilmirəm. Amma etiraf edim ki, həmin o dəqiqələrdə fərqli şeylər düşünürdüm. Halbuki onunla həyat, sevdiklərimiz, yorğunluq barədə uzun-uzadı danışmağı çox istərdim... Şübhəsiz ki, onun həyatdan aldığı təcrübələr mənə çox şeylər öyrədə bilər.

Söhbətimizə Yaşar bəy qoşulur. O, əsasən nəsrdən insanın dəyişməsindən danışır. Kəndlə şəhərin qarşıdurmasından, ruhi ziddiyyətindən bunun cəmiyyətə təsirindən söz açır. Zatən, onun hekayələrinin təməlində bu iki toplumun qarşılaşdırılmasından yaranan fəlsəfədən qaynaqlanır...

Sonra Tofiq abi söhbətin məcrasını dəyişir, şəxsi məsələdən, liftdən danışır.

- Orxan bəy, Bakıda lift problemi çox böyük problemdir.

Əvvəlcə bir şey başa düşməsəm , sonra məsələ aydın olunca gülürəm. Bakının yüksək binalarında lift məsələsi həqiqətən problemli məsələ imiş. Bina evində yaşayanlar liftdən necə lazımdır, istifadə etsələr , xarab olanda əsla liftlə maraqlanmırlar.

8-ci, 9-cu mərtəbədə yaşayanlar tez-tez xarab olan sovetdənqalma lift üzündən qorxu həyəcan içində yaşayırlarmış. Həyatımda belə bir problemlə üzləşmədiyim üçün bu, mənə qəribə təsir bağışlayır.

Görəsən, dünyadakı liftlərin Bakıdakı liftlərdən hansı üstünlükləri var? Bu şəhərdə lifti insanlara əzab vermək üçünmü binalara quraşdırıblar?

- Evin ətrafından uzaqlaşa bilmirəm. Uşaqlar, xanımım litfdə qalacaq deyə, qorxuram.

O danışdıqca mən özümü saxlaya bilməyib gülürəm. Ağlıma tanınmış irland yazıçısı Samuel Bekketin "Qodonu gözləyərkən" tamaşası gəlir. Teatrla maraqlananlar yaxşı bilərlər. Vladimir Estraqon adlı iki dost davamlı olaraq Qodo adlı bir şəxsi gözləyir. Əslində isə Qodo adlı bir varlıq olmur. Amma onlar hər zaman ümidlə gözləyirlər, gözləyirlər. Həyatımızda o qədər Qodolar var ki...

Bəlkə Tofiq abinin Qodosu da elə bu liftdir... Şeiri, yazını, dostlarını bir kənara atıb elə hey liftə keşik çəkir!

Tofiq abi indi Nazım Hikmətin şeirini deyir. Şeir qurtarar-qurtarmaz mən yenə sözü liftə gətirirəm.

- Orxan bəy, bu lift məsələsi ilə bağlı zəng etmədiyim adam qalmayıb, hətta imkanım olsaydı, nazirə müraciət edərdim.

- Abi, sənin bu liftindən bir hekayə yazmaq lazımdır? Əziz Nesinin bu tip hekayələri var.

Söhbətə başqa dostlar da qatılır. Sonra şair Nazim Əhmədli gəlir. Mənə iki şeir kitabını hədiyyə edir. Kitablarından birinin adı "Sevgi Allahı"dır. Hər şeyə sevgi ilə baxmaq həqiqətən çox gözəl bir hissdir! Xüsusilə , əgər mənim kimi vətəndən dostlardan uzaqda yaşayırsınızsa!  

 

 

525-ci qəzet.- 2009.- 3 iyun.- S.4.