Gənc dirijor Əyyub Quliyev beynəlxalq mükafata layiq görülüb

 

Beynəlxalq müsabiqələr laureatı, istedadlı gənc dirijor Əyyub Quliyev Sankt-Peterburqun "Musiqi Olimpi" Fondunun təsis etdiyi "Dinləyici rəğbəti" beynəlxalq mükafatını ("Audience Preference Award") qazanıb. Ə.Quliyevin APA-ya verdiyi məlumata görə, mükafatın sahibi "Musiqi Olimpi" festivalının konsertlərində iştirak edən dinləyicilər tərəfindən, gizli səsvermə nəticəsində müəyyənləşdirilib. Seçim bu il festivalda iştirak etmiş 13 ölkədən 25 musiqiçi arasında aparılıb. Mükafatın təqdimat mərasimi Sankt-Peterburqun "Grand Palace" mərkəzində keçirilib.

Qeyd edək ki, Əyyub Quliyev festival tarixində bu mükafata layiq görülmüş ilk dirijordur.

 

 

525-ci qəzet.-2009.- 6 iyun.- S.23.