Bakıda Puşkinə həsr edilmiş tədbir olub

 

Böyük rus şairi A.S.Puşkinin anadan olmasının 210-cu ildönümü münasibətilə şairin Bakıdakı abidəsi önündə tədbir keçirilib. Rusiya Federasiyasının (RF) Azərbaycandakı səfirliyinin, "Rossotrudniçestvo" nümayəndəliyinin, Səbail Rayon İcra Hakimiyyətinin, "Sodrujestvo" Azərbaycan xalqlarının Respublika Həmrəyliyi Cəmiyyətinin (SARHC) birgə keçirdiyi ədəbi görüşdə şairin irsinin müstəsna önəm daşıdığı vurğulanıb. Rusiya səfiri Vladimir Doroxin, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla Puşkin poeziyasının qeyri-adi keyfiyyətlərindən bəşəri əhəmiyyətindən bəhs ediblər. Şagird tələbələrin ifasında Puşkinin şeirləri səslənib, şairin əsərləri əsasında bədii kompozisiya nümayiş olunub.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 9 iyun.- S.7.