"Ah, Paris, Paris..." Naxçıvan teatrında

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı xalq yazıçısı Elçin Əfəndiyevin "Ah, Paris, Paris..." komediyasını səhnələşdirir. Naxçıvan MR Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əli Rzayevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, yeni səhnə əsəri iyun ayı ərzində tamaşaçılara təqdim olunacaq. 90- illərin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi hadisələrdən bəhs edən tamaşada rolları Rövşən Hüseynov, Rza Xudiyev, Həsən Ağasoy, Nəzakət Xudiyeva, Elmira Kərimova başqaları ifa edirlər. Tamaşanın quruluşçu rejissoru xalq artisti Kamran Quliyevdir.  

 

  

525-ci qəzet.- 2009.- 9 iyun.- S.7.