Məhəmmədhüseyn Şəhriyar haqqında film çəkilir

 

Bugünlərdə böyük şairimiz Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığından bəhs edən "Heydərbabaya təbriklər" filminin çəkilişinə başlanılıb. Film şairin "Heydərbabaya salam" poeması əsasında İranda lentə alınacaq. Burada M.Şəhriyarın uşaqlıq ilk gənclik illərilə bağlı məqamlar xüsusi yer tutacaq. Rejissoru Məhərrəm Zeynalovun olduğu ekran əsərində şairin poemasının 72 fəslindən istifadə edilməsi planlaşdırılıb. Azərbaycan aktyorlarının da rol alacağı filmin sentyabrın 18-dək - şairin doğum gününəcən hazırlanması nəzərdə tutulub. Film həmin gün İranın Azərbaycanın televiziya kanallarında göstəriləcək.

 

   

SARA

 

525-ci qəzet.- 2009.- 12 iyun.- S.7.