Qulu Ağsəsin Kiyevdə kitabı çıxıb

 

Ukraynanın paytaxtı Kiyevdə "Ulduz" jurnalının baş redaktor müavini, şair-publisist, prezident təqaüdçüsü Qulu Ağsəsin "Vitryana poşta" ("Külək poçtu") adlı şeirlər kitabı çap olunub. Bu barədə APA-ya məlumat verən Q. Ağsəs kitabın "Kiyevskaya Rus" jurnalının kitabxanası seriyasından hazırlandığını bildirib.

O bildirib ki, kitabın redaktoru və ön sözün müəllifi "Kiyevskaya Rus" jurnalının baş redaktoru Dmitro Stusdur. "Fakt" nəşriyyatında 1000 tirajla çap olunan kitabdakı şeirləri Ukrayna dilinə Vasili Gerasimyuk, Aleksey Zaraxoviç, Marianni Siyanovski, Oksani Plaksiy və Dmitro Stus çeviriblər. Kitabda tanınmış Azərbaycan rəssamı Mirteymur Məmmədovun rəsmlərindən istifadə olunub.

Dmitro Stus kitabın nəşrində göstərdiyi köməyə görə, Ukraynanın yanacaq və energetika nazirinin müavini Burzu Əliyevə təşəkkürünü bildirib.

Xatırladaq ki, bu, Azərbaycan ədəbiyyatını Ukraynada tanıtmaq yönündə atılan növbəti addımdır. "Kitab poçtu" Qulu Ağsəsin işıq üzü görən dördüncü kitabıdır.

 

 

525-ci qəzet.- 2009.- 19 iyun.- S.7.