Mahnı Teatrında Əli Aslanoğlunun 60 yaşı qeyd olunub

 

R.Behbudov adına Mahnı Teatrında yazıçı-publisist Əli Aslanoğlunun 60 illik yubileyi qeyd olunub. Mərasimdə çıxış edən millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı 10 kitab müəllifi olan Ə.Aslanoğlunun "Zirvəyə gedən yol", "Bilik qapısının açarları", "Muğam poetikası idrak" kitablarının bədii dəyərindən söz açıb. Şair, millət vəkili Tahir Rzayev, AYB Qarabağ bölməsinin sədri Ənvər Əhməd, yazıçı-publisist Elçin Hüseynbəyli, şairlər Oqtay Rza, İslam Sadıq başqaları Əli Aslanoğlunun yaradıcılıq yolundan danışıb, onun əsərlərini yüksək qiymətləndiriblər. Çıxışlarda Ə.Aslanoğlunun bədii yaradıcılığı ilə yanaşı, insani keyfiyyətləri rəğbətlə qeyd edilib.

Tədbirdə bədii qiraət ustalarının ifasında Ə. Aslanoğlunun şeirləri səslənib.

Sonda Ə. Aslanoğlu çıxış edərək yaradıcılığ haqqında deyilən fikirlərə görə minnətdarlığını bildirib.    

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 23 iyun.- S.7.