Gəncədə "Yeni Teatr" Respublika Festivalı başlayıb

 

Dünən Gəncədə ilk dəfə olaraq "Yeni Teatr" Respublika Festivalı start götürüb. APA-nın qərb bürosunun məlumatına görə, teatr festivalı 28 iyun 2009-cu ilə qədər davam edəcək. Festivalda paytaxtdan Azərbaycan Dövlət Akademik Milli Dram, Gənc Tamaşaçılar, Bakı Bələdiyyə, Musiqili Komediya, "Yuğ", Pantomim teatrları qatılıblar. İştirakçılar sırasında Gəncə Dövlət Kukla Teatrı, Sumqayıt Dövlət Musiqili Dram, Gəncə, Qazax, Mingəçevir, Şəki, Lənkəran Dövlət Dram teatrları da var. Mədəniyyət Turizm Nazirliyinin təşkil etdiyi bu festivalı teatr tənqidçiləri, tanınmış səhnə xadimləri izləyərək qiymətləndirəcəklər.

Festivalın açılışı Rafiq Səməndərin "Çətin məsələ" tamaşası ilə Gəncə Dövlət Kukla Teatrında gerçəkləşib.

 

 

525-ci qəzet.- 2009.-24 iyun.- S.7.