Rumıniyada Azərbaycan yazıçılarının kitabları təqdim olunub

 

Bugünlərdə Rumıniya Yazıçılar Birliyində bu ölkədəki səfirliyimizin təşkilatçılığı ilə Azərbaycanın xalq yazıçıları Anar və Çingiz Abdullayevin kitablarının təqdimat mərasimi keçirilib. Anarın "Ağ qoç, Qara qoç", Ç.Abdullayevin "Günəş altında zülmət", "Oliqarxın varisi" əsərləri rumın ictimaiyyətinə təqdim edilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, əsərləri rumın və alban dillərinə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Buxarest Universitetinin professoru Dumitru Balan və professor Kopi Kuçuk tərcümə ediblər. Mərasimdə əsərlər haqqında fikirlər söylənilib, müzakirələr aparılıb.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.-2009.- 12 mart.- S.7.