"Zirvə-2008" mükafatı laureatlara təqdim olunub

 

Dövlət Muğam Teatrında Mədəniyyət Turizm Nazirliyinin "Zirvə-2008" mükafatının təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev son illər mədəniyyətimizin, incəsənətimizin, musiqimizin inkişafı, təbliği istiqamətində görülmüş işlərdən söz açıb. Mükafat haqqında məlumat verən nazir vurğulayıb ki, 6 nominasiya üzrə təsis olunan "Zirvə-2008" mükafatı teatr, musiqi, kino, təsviri incəsənət digər sahələrdə çalışan mədəniyyət xadimlərinə veriləcək. Sonra "Zirvə-2008" mükafatı rəssam Tahir Salahova, bəstəkar Arif Məlikova, aktrisa Firəngiz Şərifovaya, "Hökmdarın taleyi" bədii filminin "Yeddi gözəl" baletinin yaradıcı heyətlərinə, dirijor Əyyub Quliyevə təqdim edilib. Qaliblərə diplomlar pul mükafatları verilib.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.-2009.- 12 mart .- S.7.