Nəriman Həsənzadənin yaradıcılıq gecəsi təşkil edilib

 

Martın 11-də Bakı Avrasiya Universitetində xalq şairi Nəriman Həsənzadənin yaradıcılıq gecəsi keçirilib. Tədbirdə şairin qələm yoldaşları, Bakı Avrasiya Universitetinin, Aviasiya Akademiyasının professorları, müəllim heyəti iştirak edib. Şair İlyas Tapdıq ürək şairi adlandırdığı həmkarının həyat və yaradıcılıq yolu barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Bakı Avrasiya Universitetinin rektoru Akif Salehov N.Həsənzadə ömrü, onun dəyərli poeziyası haqqında mülahizələrini dilə gətirib.

Tədbir bədii hissəsində tələbələrin ifasında şairin şeirləri əsasında hazırlanan kompozisiya nümayiş olunub. Sonda N.Həsənzadə çıxış edərək, tədbirin təşkilatçılarına və mərasimə qatılanlara, yaradıcılığı barədə fikir söyləyənlərə minnətdarlığını bildirib.

Təşkilatçılar adından şairə gül dəstəsi və xatirə hədiyyəsi təqdim olunub.

 

 

Aynur QULİYEVA

 

525-ci qəzet.-2009.- 13 mart.- S.7.