"Prezident İlham Əliyev mədəniyyət (2003-2008)" kitabının elektron versiyası hazırlanıb

 

Mədəniyyət Turizm Nazirliyinin növbəti layihəsi əsasında "Prezident İlham Əliyev mədəniyyət (2003-2008)" iki cildlik kitabın elektron versiyası tərtib edilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iki cildlik kitab keçən ilin oktyabr ayında ictimaiyyətə təqdim olunub. Respublika daxilindən, eləcə xaricdəki təşkilatlardan, kitabxanalardan gələn müraciətlər nəzərə alınaraq, kitabın elektron versiyası hazırlanıb. Elektron kitab gözdən keçirilərkən Üzeyir Hacıbəyovun "Koroğlu" operasının uvertürası səslənir.

Kitabın I cildində ölkə başçısı İlham Əliyevin Azərbaycan dünya mədəniyyət xadimlərilə görüşləri, müxtəlif mədəniyyət müəssisələrində olan zaman səsləndirdiyi nitq tövsiyələri, müsahibələri öz əksini tapıb.

II cilddə İlham Əliyevin mədəniyyət xadimlərinə göndərdiyi təbriklər, mədəniyyət sahəsində imzaladığı fərman, sərəncam qanunlar, prezidentin mədəniyyət, ədəbiyyat, tarixi-mədəni irs milli-mənəvi dəyərlər haqqında fikirləri verilib. Kitabın hər iki cildində maraqlı fotoşəkillər əks olunub.

"Prezident İlham Əliyev mədəniyyət (2003-2008)" elektron kitabı C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının veb-saytının "Elektron kitabxana" bölməsində yerləşdirilib.

"Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzində hazırlanan elektron kitab-layihənin rəhbəri mədəniyyət turizm naziri Əbülfəs Qarayev, buraxılışa məsul Teymur Mehdiyev, Sevda Məmmədəliyeva, Ədalət Vəliyev, tərtibçilər Lətifə Məmmədova Mayıl Əhmədovdur. Nəşrin elmi məsləhətçiləri professor Teymur Əhmədov hüquq elmləri namizədi Əli Eyvazovdur.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 17 mart .- S.7.